De Bröyne İspaniya nəhənginə keçməyə yaxındır SON DURUM
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne mövsümün sonunda iş yerini dəyişmək qərarını qətiləşdirib və karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Gol Digital" yayıb.
Mənbə bir neçə Səudiyyə Ərəbistanı təmsilçisinin belçikalı oyunçunu heyətə qatmağı hədəflədiyini, lakin De Bröynenin Avropada qalmaq istədiyini bildirib. Xəbərə görə, "Barselona" da yayda Kevinə müqavilə təklif təklif etməyi planlaşdırır. Sözügedən oyunçunun Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya komandasında oynamaq variantına isti yanaşdığı vurğulanıb.
Qeyd edək ki, bu mövsüm zədə səbəbindən 11 matça çıxmağa imkan tapan De Bröyne 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















