De Bruyne karyerasını City Football Groupun klublarından birində davam etdirə bilər
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "City Football Group"un klublarından birində davam etdirə bilər.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi belçikalı futbolçuya holdinqə daxil olan klublardan biri ilə müqavilə təklif etməyə hazırdır.
Holdinqə "Mançester Siti" ilə yanaşı, "Melburn Siti" (Avstraliya), "Nyu-York Siti" (ABŞ), "Mumbai Siti" (Hindistan), "Montevideo" (Uruqvay), "Trua" (Fransa), "Lommel" (Belçika), "Palermo" (İtaliya), "Bahia" (Braziliya) və "Bolivar" (Boliviya) kimi klublar daxildir.
Həmçinin holdinqin "Jirona" (İspaniya), "Şenjen Pen Siti" (Çin) və "Yokohama F. Marinos"da (Yaponiya) da payları var.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















