Icma.az
close
up
RU
“Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler” adlı kitab Türkiyədə nəşr olunub

“Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler” adlı kitab Türkiyədə nəşr olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayevin “Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler” adlı kitabı Türkiyənin “Çınaraltı” nəşriyyatı tərəfindən nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın tərcüməsi Azərbaycan elmi və bədii ədəbiyyatının türkçəyə çevrilməsində xüsusi təcrübəsi olan Alpaslan Demir tərəfindən həyata keçirilib.

Dosent Səfa Qarayev “Dədə Qorqud Oğuznaməsi: Metaforlar və Psixoanalitik Çözümləmələr” adlı bu tədqiqatında Oğuz hekayələrinin mifoloji alt qatlarına enərək, onları metaforların qurduğu məna şəbəkələri və psixoanalitik oxunun təqdim etdiyi anlayışlar vasitəsilə yenidən şərh edir. Kitabda qəhrəmanların sınaq anları, münaqişələri, itirdikləri və qazancları, ailə, toplum və mərkəzi güclə qurulan münasibətləri psixodinamik konteksti ilə birlikdə araşdırılır. Mətndəki təkrarlar, qadağalar, itkilər, yuxuya bənzər səhnələr və simvolik elementlər fərdin daxili dünyasındakı gərginliklərin və kollektiv şüuraltının təcəssümüi kimi oxunur.

Kitabda “Kitabi-Dədə Qorqud” eposunun məna dünyası sosial-antropoloji və psixoanalitik yanaşma metodu ilə araşdırılıb. Müəllif göstərir ki, “Kitabi-Dədə Qorqud”da və bu ənənəyə aid başqa folklor mətnlərində süjet və motivlər insanın psixoloji dünyasının metaforik ifadəsidir. Bu yanaşmanın əsas nəticələrindən biri də eposun kişi dünyasının və kişi düşüncə tərzinin bədii ifadəsi kimi dəyərləndirilməsidir.

İki fəsildən ibarət olan kitabın birinci fəsli “Kitabi-Dədə Qorqud”da (“KDQ”) epik reallıq və metaforik məna”, ikinci fəsli isə “KDQ”-də dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.

Kitabda geniş şəkildə təhlil olunan əsas semantik vahidlərdən biri “hökmdar” metaforasıdır. Müəllif bu metaforanı yalnız epik mətnlər üçün deyil, ümumilikdə arxaik mədəniyyətlərin struktur özünütəşkilində mühüm rol oynayan simvolik komponent kimi diqqət mərkəzinə gətirib.

Kitabın mühüm elmi dəyərini göstərən amillərdən biri də müasir folklorşünaslıqda əsas yanaşmalardan sayılan “mövqe” anlayışının tədqiqata tətbiq olunmasıdır. Müəllifin istifadə etdiyi psixoanalitik metod burada mətnin hansı sosial mövqedən yarandığını göstərməyə imkan verib. Bu yanaşmaya görə, mətnin yaranma zəminində “kişi kollektivi” dayanır. Bu baxımdan “Kitabi-Dədə Qorqud” kişi maraqları əsasında formalaşmış, kişi arzularının proyeksiyasını ifadə edən mədəni abidə kimi təhlil olunub.

Tədqiqatın diqqətəlayiq metodoloji yeniliklərindən biri də eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində təhlil olunmasıdır. Müəllif Edip kompleksinə yalnız psixoanalitik nəzəriyyənin klassik anlayışı kimi yanaşmır. O, bu kompleksi eyni zamanda insanın emosional reallığının və sosial kimliyinin formalaşmasında mühüm rol oynayan sosial-psixoloji münasibətlər səviyyəsi kimi nəzərdən keçirir.

Kitabda irəli sürülən əsas elmi nəticələrdən biri də budur ki, “Kitabi-Dədə Qorqud”da qəhrəman statusuna keçid və igidliyin təqdimatı ata ilə konflikt kontekstində gerçəkləşir və bu hal igidliyin Edip kompleksinin ambivalent təbiəti fonunda aktuallaşması ilə bağlıdır. Araşdırmada ərgənlik dövrünün keçid statusu kimi çıxış edən “dəlilik” anlayışı da ata gücünün tabeedici mahiyyətinə qarşı yönəlmiş bir etiraz forması kimi şərh edilib. Müəyyənləşdirilib ki, dəliliyin psixosemantik əsasını məhz Edip kompleksi çərçivəsində ata ilə konflikt təşkil edir. Bu baxımdan dəlilik ata ilə qarşıdurmanın xüsusi rakursu kimi meydana çıxır və onun daxilindəki ikili semantika, həm igidlik, həm də axmaqlıq çaları, məhz həmin konflikt müstəvisində qazandığı məzmundan qaynaqlanır.

Beləliklə, kitabda “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və digər epik konseptlər, eləcə də Edip kompleksi və başqa psixoloji komplekslərin məna yaradan təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində geniş şəkildə araşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Mart 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri