Icma.az
close
up
RU
“Dedi ki, 10 min prokuror və hakimə çatacaq”

“Dedi ki, 10 min prokuror və hakimə çatacaq”

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bacısı ilə birlikdə həbsdə olan İlknur Əliyevanın daha bir cinayət əməli üzə çıxıb.

Tribunainfo.az xəbər verir ki, onun daha bir şəxsə qarşı 15 min manatlıq dələduzluq etdiyi məlum olub.

İlknur Binəqədi rayon bələdiyyəsinin sabiq sədri olmuş bacısı Aytac Əliyeva ilə birgə həbs edilib. Aytac 7, İlknur isə 6 il cəza alıb. Onlar ayrı-ayrı şəxslərdən işə adam düzəltmək, iş qurmaq, rəsmi sənədləri saxtalaşdırmaq adı ilə külli miqdarda pul alıblar.

İlknur həbsdə olan zaman ondan daha bir nəfər şikayətçi olub. Oğlu həbsdə olan qadın İlknurun qurbanı olub.

Həmin şəxs avtoqəza cinayətinə görə həbs edilən oğlunun azadlığa çıxarılması üçün İlknura 15 min manat pul verib. Zərərçəkmiş şəxslə İlknur qonşu olublar.

İlknur əvvəlcə 10 min manatı prokurur və hakimə vermək adı ilə alıb. Sonra isə qalan məbləği alaraq ümumilikdə 15 min manatı ələ keçirib.

FOTODA İlknur Əliyeva

“Oğlumun həbsdən çıxarılmasına görə məni başqa şəxslər də aldatmışdı. Buna görə evimi satmışdım. İlknur qonşumuz idi və gözümüzün qabağında böyümüşdü. Zəng edib dedi ki, 10 min prokuror və hakimə çatacaq. Həmin vaxt 9 min verdim. Sonra da qalan məbləği. Oğluma 5 il 6 ay həbs cəzası verdilər. Pulumu istəyəndə dedi ki, evini satıb verəcək. Amma vermədi”, – deyə zərərçəkmiş qeyd edib.

İlknur ifadəsində özünü təqsirli bilib. Əlavə edib ki, pulu özündə saxlamaqda məqsədi iş görüb pul qazanmaq olub. Amma nə iş görə bilib, nə də camaatın pulunu qaytarıb.

Məhkəmə İlknuru dələduzluqda təqsirli bilib. Bu əməlinə görə 2 il azadlıqdan məhrumetmə cəzası təyib edilib. Əvvəlki cəzası ilə birləşdirilərək onun üzərində qəti olaraq 6 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri