“Dedilər verilişinə Rüfət Nasosnu gəlir, dedim ki, efirə çıxmıram”
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aparıcı Zümrüd Bədəlova açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, meyxanaçı Rüfət Nasosnu ilə bağlı maraqlı etiraf edib.
Teleaparıcı bildirib ki, söz ustasına görə efirə çıxmaq istəməyib:
"Dedilər Rüfət Nasosnu gəlir. Dedim ki, mən efirə qalxmayacağam. 40 yaşım olsa da, ön yarqım var. Adını eşidəndə böyük qalmaqal yaratdım".
Bədəlova daha sonra fikrinin necə dəyişdiyini də açıqlayıb. Onun sözlərinə görə, veriliş zamanı baş tutan söhbət gözlədiyindən fərqli olub:
"Sonra mənə dedilər ki, qoy bir dəfə verilişdə qonaq olsun, necə həmsöhbət olduğunu anlayacaqsan. Veriliş bitdi, amma bizim söhbətimiz bitmədi. Savadı ilə fikrimi dəyişdirdi", - deyə aparıcı əlavə edib.
Zümrüd Bədəlova etiraf edib ki, bəzən insanları tanımadan qiymətləndirmək kimi xüsusiyyəti var və bu, hər zaman doğru olmur:
"Düşünürdüm ki, Nasosnu hara, heç uyğun olmayacaq və heç vaxt qonağım olmayıb. Amma yanılmışam. İnsanları tanımadan qiymət vermək kimi mənfi xüsusiyyətim var, təəssüf ki".
Tele-aparıcının bu etirafı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilər onun səmimi açıqlamasını fərqli şəkildə şərh ediblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 11 Mart 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















