Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Dedim ki, 3 ə qədər sayıram, avtomatları endirməsəniz, hamınızı biçəcəm Nəriman Həsənzadə ilə müsahibə

Dedim ki, 3 ə qədər sayıram, avtomatları endirməsəniz, hamınızı biçəcəm Nəriman Həsənzadə ilə müsahibə

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rəhman Mirzəlizadənin Xalq Şairi Nəriman Həsənzadə ilə müsahibəsini təqdim edir.

- Nəriman müəllim, necəsiz, özünüzü necə hiss edirsiz?

- Nisbətən yaxşıyam. Arada səfərlərim oldu, bir az yoruldum.

- Bu yaşdan həyat necə görsənir?

- Həyat maraqlıdır. Hansı yaşdan baxırsan bax. Bu, həm də insanın səviyyəsindən asılıdır. Həyata çox gözəl baxıram. Həyat gözəldir. Mənfi tərəfləri də var. O da olmalıdı.

- Nəriman müəllim, sizin haqda bir fakta rast gəldim. Əsgərlikdən qaçmısız. Necə oldu bu?

- Teleqram gəldi ki, anam rəhmətə gedib. Mənim da anamdan başqa heç kimim yox idi. Atamı 1 yaşımda itirmişdim. Onda 20 yaşım var idi. Mayor Eyvazov var idi, komandirim. Yanına gəlib dedim ki, icazə verin, gedim anamı dəfn edim, mənim anamdan başqa heç kimim yoxdur. Dedi, gərək teleqrama hərbi komissar imza çəkə. Hərbi komissar da Qazaxda idi. Yəni mümkün deyildi. Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə, keşiyində dur. Mən də cavan oğlan idim. Avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get. "Salyan kazarması"dan bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Həmin an əhval-ruhiyyə başqa idi. Anamı itirmişdim. Onu da deyim ki, anam xan qızı olub. İstər-istəməz mənim də qanımda o var. Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəz, hamınızı biçəcəm. 1...2... deyəndə hamısı avtomatı atdı yerə. Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, anamı dəfn edib ağlaya-ağlaya da qayıtdım. Qayıdanda məni məhkəməyə vermişdilər. Məsələ müdafiə nazirinə qədər çatmışdı. Tapşırıq bu idi ki, mənə elə cəza kəssinlər, hamıya görk olsun. Bəxtimdən "Salyan Kazarması"da şairlərlə görüş idi. Mən də gənc şair idim, şeirlər yazırdım. Gecədə Rəsul Rza, Nigar Rəfibəyli var idi. Nigar xanım dedi, Nəriman, sən də şeir oxu. Dedim, yox. İsrar edəndə ağladım.

Dedim ki, məni buradan birbaşa aparacaqlar. 3 il 5 ay həbs kəsiblər. Nigar xanımla Rəsul Rza məni də götürüb apardılar nizami hissəyə. Qısaca onu deyim ki, onlar məni 3 il 5 aylıq həbsdən xilas etdilər. Komandir də bağışladı. Mən ömür boyu o ailəyə minnətdaram.

- Yazıçı Anarla dostluğunuzun kökü həm də buna söykənir?

- Anarın ailəsinə çox böyük hörmətim var. Nigar xanım onun anasıdır, Rəsul Rza da atası. Mən tədqiqat apardım və sübut etdim ki, Nigar xanım Ağa Məhəmməd Şah Qacarın nəvəsidir. Anar da şah nəslindəndir, Qacarın nəvəsidir. Mənə elə gəlir ki, Anar o şahlıq vüqarını saxlayır.

- AYB-də Ağsaqqallar Şurasının sədrisiz. Necə gedir işlər?

- Ağsaqqallar şurasının üzvləri Xalq şairləri, Xalq yazıçılarıdır. Bəzən görkəmli adamları ora dəvət edirəm, görüşlər təşkil edirəm. Xalq yazıçılarını, şairlərini səfərbər etmək istəyirəm ki, bu günümüzlə bağlı çıxışlar etsinlər. Yenə bu yaxınlarda görüşlərimiz olacaq. Qazilərlə də görüşümüz olur. Özbəkistan səfirini də dəvət etmişdik.

- İlk şeirlərinizi xatırlayırsız?

- Həmişə bu sualı verəndə Gəncədə oxuyanda ilk yazdığım şeiri yadıma düşür. İlk dəfə tələbə vaxtı yazmışam.

- Nəriman müəllim, siz həm də sevgi şairi kimi tanınırsız. Çox maraqlıdır, sizin sevgi hekayəniz necə olub?

- Həyat yoldaşımla bağlı bir detal deyəcəm sizə. Gəncədə institutda oxuyurdum. O qız da Gəncədə bacımın yanında qalırdı. Bacımın əri qardaşı qızını gətirmişdi ki, bacım tək qalmasın. Evdə oturmuşduq, heç kəs yox idi. Dedik ki, gəl gedək gəzməyə. Qapını bağlayıb düşdük aşağı. Vağzaldan şəhərə qədər dəmir yolu gedir. Dəmiryolunun bir tərəfində o gedirdi, bir tərəfində mən. Arada dönüb bir-birimizə baxırdıq. Gəncə körpüsünə qədər getdik, bir tərəfdə o dayandı, bir tərəfdə mən. Bu qədər paklıq, sadəlik o elə gözəldir ki... Gecə oturub saat 3, 4-ə qədər bir-birimizə məktub yazırdıq. Bacım soruşurdu ki, niyə yatmırsız? Deyirdim, dərs edirik.

- Eyni evin içinə məktublaşırdız?

- Bəli. Bu, həyatımda bütöv bir mərhələdir. Sevdiyim qadınla ailə qurmuşam. Ancaq qəribədir ki, mən institutda 1-ci kursda oxuyanda o 8-ci sinifə gedirdi. Onu bacım kimi görürdüm, bilmirdim ki, onun mənə hisləri başqadır. Deyirdim, Sara, get instituta, gör filan qız necədir? O da gəlib hamısını pisləyirdi, hərəsində bir nöqsan tapırdı. Bu mənə sonradan çatdı. Qadın ürəyiylə zarafat etmək olmaz. 94 yaşım var, bəzən əzab çəkirəm. Ona görə ki, Sara ola-ola başqa qızlara şeir yazırdım. Buna necə dözürdü? Özümü ittiham edirəm. Onun qəlbinə dəymişəm. Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım. Şairlik qəribədir, oğul, bir gözəli gördün, ona şeir yazırsan. O gözəl, bu gözəl... Bir dəfə mənə dedi ki, kaş mühəndisə ərə gedəydim, mən də xoşbəxt olaydım. Sonra dedi, yox, sənsiz yaşaya bilməzdim. İndinin özündə də onun xatirəsi qarşısında üzr istəyirəm. Əzab çəkirəm. Amma nə olsun? Vaxtında olmalıydı hər şey. Əsərlərim Akademik Milli Dram Teatrında səhnəyə qoyulurdu. Mənimlə görüş keçirirdilər, sonra tamaşa başlayıdı. Müxtəlif qonaqlar olurdu. Mənimlə əlaqə yaradırdılar, onlara şeir yazırdım. Şöhrət insanı sadiq qalmağa qoymur. Sara da hamısını ürəyinə salırdı. İndi səmimi deyirəm, buna görə əzab çəkirəm. Bunları danışıram ki, indiki gənclik bu səhvi eləməsin.

- İndi sevənlərə nə tövsiyə edərsiz?

- Sadiq olsunlar. Heç vaxt peşman olmayacaqlar. Başqa qızlara uymasınlar. Cavanlıqdır. Burada bir qız görüb eşqinə düşürsən, orada birini. Sadiq qalmaq çox çətindir. Qala bildinsə, böyük şəxsiyyətsən. Mənim kimi əzab çəkməyəcəksən.

- Bu, əslində, bir çox şairdə var. Məsələn, Mikayıl Müşfiq "Yenə o bağ olaydı" şeirini Dilbər Axudzadə ilə evli ola-ola başqa bir qadına - Arifə Məmmədxanlıya yazıb. Hətta deyirlər ki, fərqli qadınlara göndərib deyib ki, sənə yazmışam. Bu niyə belədir?

- Şair gözəlliyə pərəstiş edir, ona görə. Gözəldir, ağlını aparır... Mürəkkəb məsələdir. Sədaqət əvəzsizdir.

- Nəriman müəllim, Nazim Hikmət sizə ev alıb. Niyə aldı o evi?

- Maraqlı bir tarixçəsi var. Moskvada "Qorki" adına institutu oxuyanda Nazim Hikmətin evinə gedib gəlirdik. Xəlil Rza, İbrahim Kəbirli və mən qatarla Moskvadan Bakıya gəlirdik.

Plenumda iştirak etmək üçün. Yolda Nazimlə görüşdük. O da Bakıya gəlirdi. Bir az söhbət edəndən sonra Nazim bir şeir oxudu. Sonra dedi, siz oxuyun. Hansınızın şeiri xoşuma gəlsə, onlara gedəcəm. Üçümüz də şeir oxuduq, dedi, Nərimangilə gedəcəm. İbrahim Kəbirli dedi, Nərimanın Bakıda evi yoxdur axı. Bu söz xətrimə dəydi. Nə olsun yoxdur, qohumumun evinə aparacaqdım. Birdən xəbər gəldi ki, qonşu kupedə "Baksovetin" sədri gedir. Nazim Hikmət getdi onun qəbuluna. Məni çağırdılar. Qatarda Nazim "Baksovetin" sədrindən mənim üçün ev istədi. O da dedi ki, siz Bakıdan qayıdana qədər Nərimanın evi olacaq. Mənə Münəvvər Kələntərlinin evini verdilər. Evdə heç bir əşya yox idi. Qonşular hərəsi bir şey gətirdi.

- Mir Cəlal Paşayev də sizə ev verib...

- Onu başqa şairlərə verdim.

- Kimə verdiz?

- Yadımda deyil, iki qardaş idilər. Amma çox təəssüf edirəm, kaş onu xatirə saxlayaydım. Özü də Mir Cəlal müəllim o evi oğluna almışdı. Bu evi isə Cənab Prezident İlham Əliyev verib.

- Nəriman müəllim, istəyirəm sizə doğma olan şeirlərinizdən birinin tarixçəsini danışasız...

- Gözlədə-gözlədə qocaltdın məni
Mən ki yuxudaydım, oyatdın məni...

Balaxanı rayonunda görüş keçirilmişdi. O görüşdə bir qadın mənə yaxınlaşdı və dedi ki, məni gözlədə-gözlədə qocaltdın. Bu şeiri həmin qadının dilindən yazmışam.

- Niyə "məni gözlədə-gözlədə qocaltdın" deyib? Bəlkə, haçansa ona "söz" vermisiz?

- Xeyr, ilk dəfə idi görürdüm o qadını. Mən hələ də onu axtarıram. O qadın son zamanlarda mənə zəng etdi, dedi ki, yanına gəlmək istəyirəm. Dedim, gəl... Nömrəsini də kitablarımın birinə yazmışdım. Bilmədən həmin kitabı kiməsə hədiyyə etmişəm. Sonradan kitab hədiyyə etdiyim adamlara bir-bir zəng edib deyirdim, görün, orada bir nömrə yazılmayıb ki? Dedilər ki, yox. Amma hələ də axtarıram onu. Planlaşdırıram ki, Balaxanıya, həmin məktəbə gedib o qadını tapım...

Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu Vaqif Bəhmənli ilə görüş keçiriləcək Məşhur rok ulduzu Türkiyədə konsert verəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see231

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri