Dəfinəni dövlətə təhvil verməyəni 200 manat cərimələnəcək
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Dəfinələrdə aşkar edilən və ya tapılan abidələrin dövlətə təhvil verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə əlavə edilir.
"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə yer alıb.
Məcəlləyə təklif olunan əlavəyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandırmalıdır.
Dəyişiklik layihəsində göstərilib ki, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Məlumat verimədikdə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə - fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.
Baxış sayı:49
Bu xəbər 05 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















