Icma.az
close
up
RU
Dəfn mərasimində saz havası: cəmiyyət nə deyir?

Dəfn mərasimində saz havası: cəmiyyət nə deyir?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünən Azərbaycanın tanınmış şairi və ictimai xadimi Məmməd İsmayıl doğulub böyüdüyü Tovuz rayonunda - doğma kəndində torpağa tapşırıldı.

Şairin dəfn mərasimindən çəkilmiş videogörüntü sosial şəbəkələrdə və mediada viral oldu. Ən çox yayılan isə şair Ehtiram İlhamın çəkdiyi canlı yayım idi. Həmin videodan görünür ki, Aşıq Şəhriyar mərhum Məmməd İsmayılın cənasə törənində "Ruhani" havası çalır və Şairin dillər əzbəri olan bir qoşmasını deyir.

Sosial mediada bu videoya yüzlərlə rəy gəlib. Şərh yazanlar xalqın öz şairinə sahib çıxdığını, onu əbədiyyətə urvatla uğurladığını bildirir, dəfn mərasimində Məmməd İsmayılın saz havası ilə son mənzilə yola salınmasını razılıqla qarşılayırlar.

Əlbəttə, mərasim bürün milli və dini adətlərə uyğun aparılıb. Ancaq cəmiyyətdə həyatdan gedən insanları, xüsusilə, tanınmışları bu cür sazla, sözlə yola salmaq da təqdir olunur.

Son illər məşhur mədəniyyət, incəsənət xadimlərini, xüsusilə aktyorları son mənzilə alqışlarla yola salmaq adət halını alıb və cəmiyyətdə rəğbətlə qarşılanıb. Bəzi insanlar öz rəylərində bildirir ki, dəfn mərasimlərini, sadəcə, Quran oxumaqla deyil, həm də mərhum haqqında xatirələrlə, eləcə də, məclisin ruhuna uyğun şeir və musiqi ilə aparmaq lazımdır.

Yeri gəlmişkən, rəylərdə belə bir cümlə də var idi: "Vədəm dolanda kaş mən də son mənzilə belə yola salınaydım".

Hətta Məmməd İsmayılın həyatdan getməsinə "xoşbəxt ölüm" deyənlər də oldu.

Sözün düzü, dəfn mərasimlərindəki bu cür yenilikləri insanların özü, eləcə də, din xadimləri və el ağsaqqalları birlikdə tənzimləyə bilər. Hər halda cəmiyyətdə bu barədə fikir müsbətdir.

Seyid Əhmədli,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri