Icma.az
close
up
RU
Dəhliz üçün yeni imkanlar masada: Ermənistan bundan istifadə edə biləcəkmi?

Dəhliz üçün yeni imkanlar masada: Ermənistan bundan istifadə edə biləcəkmi?

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlı İrəvanın fərqli yanaşması var. Qarşı tərəf iddia edir ki, sülh razılaşmasında bu məsələ öz həllini tapacaq. Bunu hansı məntiqlə izah etmək olar?

- Nikol Paşinyanın son açıqlamlarında müsbət məqamlarla yanaşı, başa düşülməyən ifadələr də var idi. Çünki Azərbaycan tərəfindən açıq şəkildə qeyd edilib ki, Ermənistan konstitusiya məhkəməsinin şərhlərinə ehtiyac yoxdur. Bunlar əlavədir. Burada əsas məqsəd Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsidir. Qarşı tərəf daha asan və məqbul yolu seçməlidir. Bu isə Ermənistanda referendumun keçirilməsi və rəsmi şəkildə konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması ilə bağlıdır. Ona görə də Ermənistan baş nazirinin dedikləri rəsmi Bakı tərəfindən qəbul edilməyəcək. Sülh sazişinin imzalanması yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra mümkün olacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı da yeni imkanlar var. Bu imkanlardan 2025-ci ildə də Ermənistan tərəfi vəziyyəti dəyişmək üçün istifadə edə bilər.

- ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi İrəvanın mövqeyi nəyə əsaslanır?

- Görünən odur ki, Paşinyan Minsk Qrupunun ləğvinə də razıdır. Sadəcə, o indiki məqamda Azərbaycanla mümkün qədər “bazarlıq etməyə” çalışır. Azərbaycanın isə Minsk Qrupu ilə bağlı mövqeyi aydındır. Bu qrum artıq çoxdan ləğv edilməlidir. Eyni zamanda Azərbaycanın digər tələblərindən biri də iki ölkə arasındakı şərti sərhəddə üçüncü qüvvələrin olmaması ilə bağlıdır. Ermənistan Avropa İttifaqı ilə razılığa gələrək onun mülki “missiya"sının sərhəddə qalmasının vaxtını 2027-ci ilə qədər uzadaraq, öz mövqeyini ifadə etmiş olub.

- ABŞ-də Cozef Baydenin hakimiyyətinin sonuna bir neçə gün qalmış Ermənistanla imzaladıqları xartiyanın aqibətinin necə olacağı ilə bağlı suallar var. Həmin razılaşma ilə sənəd imzalandıqdan bir həftə sonra Amerikadan xüsusi qrupun Ermənistana gəlməsi qeyd edilmişdi. Amma üzərindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, belə fakt qeydə alınmayıb. Ağ Evin yeni adminstrasiyasının bu kimi sənədlərə münasibəti necə ola bilər?

- Əslində, indi bunun haqqında danışmaq tezdir. Çünki indi ABŞ-nin Prezidenti Donald Trampın Ermənistandan daha vacib işləri var. Bu vacib işlərlə bağlı addımlar atılır. Cənubi Qafqazla bağlı da müəyyən bir xəttin izlənilməsi mümkündür. Sözsüz ki, ABŞ ilə Ermənistan arasındakı strateji tərəfdaşlıq haqqındakı sazişi Tramp ləğv etməyəcək. Ona görə də Ağ Evin yeni sahibinin Azərbaycanla eyni sazişi imzalaması mümkündür. Amma Vaşinqtonla İrəvan arasındakı strateji tərəfdaşlığın daha da irəli getməsi mümkün görünmür. Çünki o, Rusiya ilə bir qədər yumşaldıcı siyasət aparacaq. Amma bütün bunların fonunda Ermənistanın əlində ABŞ ilə razılaşma sənədinin olması onun sülh prosesində daha cığal davranmasına səbəb ola bilər.

- Qlobal və regional müstəvidə ABŞ-nin yeni adminstrasiyasının hansı xətti əsas götürücəyi gözlənilir?

- Trampın ilk hədəfində olan məsələ Çinlə bağlıdır. Həmçinin ABŞ-nin daxili siyasətində də korrektələrə ehtiyac var. Faktiki olaraq bu gün Amerikada vətəndaş müharibəsi gedir. Burada vacib mərkəzlər arasında mübarizə hökm sürür. Amerikada tanınmış ailələr, milyarderlər bu savaşda yer alıb. Trampa qədər dünyanın bir dövlət, yəni bir qütb tərəfindən idarə olunması ilə bağlı işlər aparılırdı. Ölkələrin sərhədləri əridilirdi. Bir insan bir dövlət modelinə keçid istiqamətində addımlar atılır. Ona görə də Trampın bu “mafiyaya” qarşı tab gətirəcəyi də çox maraqlıdır. Əks halda Tramp da bu alverə qoşulması mümkündür. Bunla da o ultra-qlobolistlərin siyasətini davam etdirmiş olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri