Icma.az
close
up
RU
Dəhlizin açılması Cənubi Qafqaz üçün təhlükəsizlik təmin edir ŞƏRH EDİLDİ

Dəhlizin açılması Cənubi Qafqaz üçün təhlükəsizlik təmin edir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Zəngəzur dəhlizinin strateji əhəmiyyəti onun yalnız regional bir layihə deyil, qlobal bir layihə olması ilə bağlıdır. Çünki Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz regionu üçün nəzərdə tutulmur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu dəhliz Avropa və Asiyanı birləşdirəcək və iki nəhəng, iqtisadi-ticari baxımdan dünyanın əsas potensialını özündə cəmləmiş qitənin arasında yükdaşımaların və nəqliyyat-kommunikasiya əlaqələrinin, iqtisadi-ticari münasibətlərin əsas tərkib hissəsi olacaq: "Zəngəzur dəhlizi bu baxımdan həddindən artıq böyük bir strateji əhəmiyyət daşıyan məsələdir.

Təbii ki, belə bir qlobal strateji layihəyə nəzarət hazırda dünya dövlətləri arasında da ciddi ziddiyyətlər yaratmaqdadır. Məsələn, Rusiya da iki qitəni birləşdirəcək bu qlobal layihəyə nəzarətdə maraqlıdır. Eyni zamanda ABŞ artıq bu hüququ rəsmi sənədlərlə əldə edib. Yəni, Zəngəzur dəhlizi indi böyük bir prosesin başlanğıcını qoyur.

Bu dəhlizin açılması Cənubi Qafqaz üçün real təhlükəsizlik təminatıdır. Eyni zamanda Zəngəzur dəhlizi Qərbin, Cənubi Qafqaz və Xəzəryanı regionlar üzərindən Orta Asiyaya çıxış əldə etməsi deməkdir. Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizinin yeni dünya düzəninin formalaşmasında birbaşa təsiri ola biləcək qlobal bir layihə olduğunu qəbul etmək lazımdır. Bu baxımdan Cənubi Qafqaz hazırda olduqca böyük dəyişikliklər ərəfəsindədir və bu dəyişikliklərin birbaşa Zəngəzur dəhlizindən qaynaqlanacağı da qətiyyən şübhə doğurmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see245

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see199

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see189

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see166

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see154

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see148

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see146

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see145

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see138

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see126

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see126

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see124

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see124

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see121

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see118

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri