Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Dəhlizin adı dəyişir? “Tramp marşrutu”nun açılması xeyli realdır”

Dəhlizin adı dəyişir? “Tramp marşrutu”nun açılması xeyli realdır”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçisi, politoloq Mətin Məmmədlinin "Yeni Sabah"a müsahibəsi:

- Vaşinqtonda baş tutacaq görüşlə bağlı ilkin bəyanatlardan belə məlum olur ki, Ağ Evdə bu gün ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh yox, çərçivə sülh sazişi imzalanacaq.

- Bəli, görüşdə böyük ehtimalla çərçivə sülh sənədi imzalanacaq. Çünki sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistan qarşısında tələbləri var. 2 əsas tələbi xüsusilə qeyd etmək istərdim: ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi. pizza

Nəzəri olaraq, Minsk qrupunun buraxılması ilə bağlı məsələ də bu gün öz həllini tapsa, Ermənistan konstitusiyasının dəyişdirilməsi qısa müddətə həll olunası məsələ deyil. Ermənistanda 2026-cı ildə referendum keçirilməsi gözlənilir. Düşünürəm ki, Ermənistan konstitusiyası dəyişdirildikdən sonra Ermənistanla sülh müqaviləsini imzlaya bilərik. Ancaq imzalanacaq çərçivə sülh sənədinin çox böyük siyasi əhəmiyyəti var.

Mediada yayılan məlumatlardan aydın olur ki, tərəflər artıq razılaşdırılmış müqaviləni təsdiq edir və gələcəkdə də bu müqaviləni imzalamaq niyyətindədirlər. Bu baxımdan, imzlanacaq çərçivə sülh sənədi çox böyük siyasi əhəmiyyəti olan bir sənəddir. Bunu sülh müqaviləsinin imzalanması istiqamətində çox böyük addım kimi qəbul etmək olar.

- Hər iki ölkə ayrı-ayrılıqda ABŞ ilə iqtisadiyyat, tranzit və hətta süni intellekt sahəsində fərdi müqavilələr imzalayacaq. Yəni, bir növ, Birləşmiş Ştatlar tərəzidə bərabərliyi təmin edir. Buna qədər rəsmi Bakının, o cümlədən XİN-in bəyanatlarının hamısında ABŞ ermənipərəst mövqedə ittiham edilib. Bəs, indi ABŞ-nin davamlı tərəfsizliyinə inana bilərikmi?

- Bəli, təəssüf ki, bu günə qədər ABŞ, xüsusən Co Bayden dövründə regionda, bir növ, Ermənistan mərkəzli siyasət həyata keçirib. Bu da nəticədə Azərbaycanla ABŞ arasında münasibətlərə ciddi sürətdə neqativ təsir göstərib. Çox ciddi problemlər, gərginliklər meydana çıxıb. Trampın yanaşması isə görünür ki, tamamilə fərqlidir.

Administrasiyanın hazırkı rəhbəri regionda baş verən proseslərə daha rasional və praqmatik yanaşır. Xatırlıyırsınızsa, Tramp prezident seçilməmişdən əvvəl, ötən ilin yayında Azərbaycan prezidenti Şuşa Media Forumunda Trampla bağlı müsbət fikirlərini ifadə etmişdi. Görünən odur ki, ölkə başçısının həmin fikirləri artıq özünü doğruldub.

Tramp adminstrasiyası, öz sələfindən fərqli olaraq, regionda yeni bir siyasət həyata keçirməyə çalışır. Bir növ, tarazlığını qoruyaraq, balanslaşdırılmış siyasət həyata keçirir. Təbii ki, bu, Azərbaycan tərəfindən müsbət qəbul olunur.

Hazırkı səfərin 2 istiqaməti var. Yəni Azərbaycan-ABŞ münasibətləri və Ermənistanla sülh gündəliyi. Amma konkret olaraq Azərbaycan-ABŞ münasibətləri ilə bağlı demək istərdim ki, bu səfərdən sonra münasibətlərin yeni mərhələyə daxil olacağı şübhəsizdir. 

- İlkin məlumatlara əsasən, Zəngəzur dəhlizi variantı faktiki gündəmdən düşür. Belə bir rəy var ki, bu daha çox Ermənistanın təşəbbüs olan "Sülh kəsişməsi" lahiyəsinə oxşayır. Yəni bir yox, bir neçə nəqliyyat keçidlərindən söhbət gedir. Hətta "Tramp marşutru" və ya "Tramp körpüsü" kimi adlar da hallanır.

- Azərbaycanın son illərdə əsas tələbi ondan ibarət idi ki, Zəngəzur dəhlizi açılmalıdır. Yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi təmin olunmalıdır. Ermənistandan əsas tələb və gözləntimiz ondan ibarət idi ki, Ermənistan vaxtilə Üçtərəfli bəyənatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin.

Zəngəzur dəhlizi İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlardan biri kimi qəbul edilirdi. Ancaq təəssüf ki, Ermənistan məsələyə qeyri-konstruktiv yanaşır və bu günə qədər də dəhlizin açılmasını yubadır. Amma aydın olur ki, "Tramp marşrutu"nun açılması da xeyli realdır. Böyük ehtimalla, dəhlizin açılması ilə bağlı razılaşma əldə olunacaq.

Azərbaycanın əsas tələbləri maneəsiz gediş-gəliş və təhlükəsizlik idi. Yayılan məlumatlardan aydın olur ki, Ermənsitan tərəfindən artıq bu tələblər qəbul olunur. Təbii ki, bu həllini tapdıqdan sonra, regionda digər kommunikasiya xətlərinin də açılması tamamilə realdır.

Bütövlükdə, Zəngəzur dəhlizi də daxil olmaqla, kommunikasiya xətlərinin açılması bölgədə sülhün, əmin-amanlığın möhkəmlənməsinə, inteqrasiya proseslərinin güclənməsinə ciddi təkan verəcək.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see126

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri