Icma.az
close
up
RU
Dəhlizlə bağlı Bakının mövqeyi birmənalıdır: Bu, Orta Dəhlizin əsas komponentinə çevriləcək

Dəhlizlə bağlı Bakının mövqeyi birmənalıdır: Bu, Orta Dəhlizin əsas komponentinə çevriləcək

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı birmənalı və dəqiq tarixi özündə ehtiva edən mesajları çox vacib idi".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politiloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, dövlət başçısının mesajları bəzi spekulyasiyalara son qoymaq üçün vacib idi:

"Həmçinin, tərəflərin dəhliz məsələsində niyyətlərinin nə qədər ciddi olmasından xəbər verir. Azərbaycan Prezidenti də qeyd etdi ki, ABŞ rəhbəri prosesə qoşulubsa, hətta layihəyə öz adını veribsə, deməli, Ağ Ev strateji maraqları və nüfuzu baxımından "TRİPP" layihəsinin həyata keçirilməsində qətiyyətlidir. Əgər bu istiqamətdə hansısa problemlər çıxacaqsa, onların aşılması şərtdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan dəhlizlə bağlı gələn ilin ortalarına qədər öz ərazisində bütün işləri tamamlayacaq. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas komponentinə çevriləcək, onun illik yük götürmə qabiliyyəti 15 milyon tonadək yüksələcək. Bu, olduqca ciddi rəqəmdir".

Həmsöhbətimiz vurğulayıb ki, söhbət gələcəkdə Avropanı Asiyaya bağlayacaq Orta Dəhliz və "Bir kəmər, bir yol" layihəsi çərçivəsində yüklərin daşınması həcminin ciddi artımından gedir:

"Ələt Beynəlxalq Limanının yük qəbuletmə qabiliyyətinin 25 milyon tonadək artırılması ilə bağlı yenidənqurma işləri aparılır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq nəqliyyat kommunikasiyalarına çox ciddi yanaşaraq, öz ərazisində ən müasir infrastruktur qurur. Azərbaycan Orta Dəhlizin əsas coğrafi məkanı olaraq bu prosesdə lokomotiv rolunu oynayır”.

Oqtay Qasımov: Azərbaycan Orta Dəhlizin əsas coğrafi məkanı olaraq bu prosesdə lokomotiv rolunu oynayır

Müsahibimiz vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyi birmənalıdır. Dediyinə görə, burada hansısa spekulyasiyadan söhbət gedə bilməz:  “Göründüyü kimi Vaşinqtonda da tərəflər bununla bağlı möhkəm anlaşma əldə ediblər".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri