Icma.az
close
up
RU
Dəhlizlə bağlı termin mübahisələri Azərbaycanın fundamental maraqlarını dəyişmir

Dəhlizlə bağlı termin mübahisələri Azərbaycanın fundamental maraqlarını dəyişmir

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan “dəhliz” terminini qəbul etmir və bu marşrutu yalnız TRIPP adlandırır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Vaşinqtonda imzalanan sənəddə də məhz TRIPP termini keçib.

Ermənistan nəyə görə kommunikasiya xəttini “dəhliz” adlandırmaq istəmir? Bu terminə qarşı çıxmalarının siyasi və hüquqi səbəbləri nədir? TRIPP termini “dəhliz”dən nə ilə fərqlənir və Ermənistan bunu niyə daha təhlükəsiz və uyğun hesab edir? Bu termin dəyişikliyi praktiki olaraq nəyi dəyişir?

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Zəngəzur dəhlizi Azərbaycanın milli, iqtisadi və geosiyasi maraqlarının ayrılmaz tərkib hissəsidir və bu layihə bölgənin yeni nəqliyyat arxitekturasını formalaşdırır:

"Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa və dayanıqlı əlaqənin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi təkcə ölkədaxili kommunikasiya xətti deyil, bütövlükdə regionun tranzit potensialını köklü şəkildə dəyişən beynəlxalq layihədir. Bu dəhliz Orta Dəhlizin mühüm həlqəsinə çevrilərək Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində rolunu daha da gücləndirir. Azərbaycanın mövqeyi aydındır: Zəngəzur dəhlizi regional sülhün və iqtisadi inteqrasiyanın əsas sütunlarından biridir. Layihənin reallaşması Cənubi Qafqazda uzun illər mövcud olmuş blokadaların aradan qaldırılmasına real imkan yaradır. Bakı bu təşəbbüsü beynəlxalq hüquqa və üçtərəfli razılaşmalara uyğun şəkildə irəli aparır".

Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat təhlükəsizliyini möhkəmləndirən fundamental infrastruktur layihəsidir.

"Bu xətt həm də Azərbaycanın türk dünyası ilə birbaşa əlaqəsini daha sabit və davamlı edir. Dəhlizin açılması regionun iqtisadi xəritəsində yeni investisiya axınlarının formalaşmasına səbəb olacaq. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması onun regional liderlik mövqeyini daha da möhkəmləndirir. Bakı bu layihəni qarşıdurma yox, əməkdaşlıq platforması kimi təqdim edir. Zəngəzur dəhlizi Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh və inkişaf strategiyasının konkret nəticəsidir. Bu baxımdan termin mübahisələri prosesin mahiyyətini və Azərbaycanın fundamental maraqlarını dəyişmir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri