Icma.az
close
up
RU
Dəhşət dolu gecə: Malıbəyli və Quşçular KONKRET

Dəhşət dolu gecə: Malıbəyli və Quşçular KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Qarabağ müharibəsi zamanı 10-12 fevral 1992-ci il tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, Şuşada əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə – yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşdirilib. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilib.

1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə olub.

Fevralın 5-də kəndlərin üstündə uçan bir helikopter kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər atıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün idi. Şuşaya uçan axırıncı helikopter yanvarın 28-də ermənilər tərəfindən vurulub.

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edilib.

Fevralın 10-u gecə yarısı rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Kənddəki qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Kənddəki evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.

Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən kəndlərə ən yaxın yaşayış məskəni Ağdam rayonunun Abdal-Gülablı kəndləri idi, lakin bu kəndlərə gedən yol ermənilərin məskunlaşdığı ərazilərdən keçirdi.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, evlər, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində 50-dək dinc sakin qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən ibarət idi. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib.

Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açılıb. Erməni silahlı birləşmələri Malıbəyli və Quşçulardan sonra fevralın 17-də Qaradağlıda qətliam, fevralın 26-da isə Xocalıda soyqırımı törədib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2026 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri