Dəhşətli anlar kamerada: Dənizdə iki gəmi belə toqquşdu VİDEO
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sinqapur sahillərindən kənarda baş verən dəniz qəzasında qorxulu anlar yaşanıb.
Demokrat.az xəbər verir ki, Panama bayraqlı "First Margaux" adlı yük gəmisi Çinə məxsus "Lu Qing Yuan Yu 108" adlı balıqçı gəmisi ilə toqquşub. Qəza anları balıqçı gəmisindəki mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.
Qəzanın Sinqapur yaxınlığında dəniz nəqliyyatının sıx olduğu ərazidə baş verdiyi bildirilib. İlkin araşdırmalar və dəniz nəqliyyatının hərəkəti ilə bağlı təhlillərə əsasən, "First Margaux" öz hərəkət zolağı ilə irəliləyərkən sancaq tərəfindən yaxınlaşan Sinqapur bayraqlı "Gas Iris" adlı neft tankerinin əraziyə daxil olduğu müəyyən edilib.
Yük gəmisinin digər gəmi ilə məsafəni qorumağa çalışdığı, bu zaman Çin balıqçı gəmisinin də hərəkət zolağına daxil olduğu və daha sonra gəmilərin toqquşduğu ehtimal edilir.
Dənizçilik orqanları qəzanın dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Ərazidəki Avtomatik İdentifikasiya Sistemi (AIS) məlumatları da araşdırılır.
Qəzadan sonra xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gəmilərə dəyən ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Dehşet anları kamerada: Denizde iki gemi böyle çarpıştıhttps://t.co/1abVBD0vyf
— Haber Global (@HaberGlobal) September 21, 2026
Jalə
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Dəhşətli anlar kamerada İsrail hücumu zamanı jurnalistlər yaralandı VİDEO
19 Mart 2026 16:32
Ən dəhşətli il: dənizdə yüzlərlə qaçqın ölüb
19 Aprel 2026 16:54
Bulvarda həyəcanlı anlar: Dənizdə batan şəxs… VİDEO
08 Dekabr 2025 00:54
Britaniyada dəhşətli GƏMİ QƏZASI VİDEO
10 Mart 2025 17:52
Dənizdə batırdı Belə xilas etdilər+ Video
11 Avqust 2026 20:01
Baxış sayı:122
Bu xəbər 21 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları