Icma.az
close
up
RU
Dəhşətli bir qış gəlir Havalar...

Dəhşətli bir qış gəlir Havalar...

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünün necə keçəcəyindən danışarkən deyib.

Onun sözlərinə görə, dəqiq proqnoz vermək çətindir:

"Ancaq bir məsələ var ki, qlobal istiləşmə ilə yanaşı, digər amillər də mövcuddur. Bu amillər qlobal istiləşmənin nəticələrini həm artıra, həm də azalda bilər.

Bu baxımdan El Nino hadisəsini qeyd etmək olar. Bütün dünyanın proqnoz mərkəzlərinin və Ümumdünya Meteorologiya Təşkilatının ölçmələrinə görə, El Nino-nun intensivliyi artır.

El Nino nə deməkdir? Bu, ekvatorial Sakit okeanın mərkəzi hissəsi ilə onun şərq hissəsi, yəni Cənubi Amerika sahilləri arasında həm təzyiq fərqinə, həm də temperatur göstəricilərinə əsaslanan bir hadisədir. Yəni Cənubi Amerika sahillərində ekvatorial Sakit okeanın temperaturu ilə onun mərkəzi hissəsindəki temperatur arasındakı fərq nəzərə alınır. Hazırda bu temperatur fərqi getdikcə artır və nəticədə El Nino indeksində də artım müşahidə olunur.

Bu isə onu göstərir ki, yaxın dövrdə, həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq. Bu vəziyyət müxtəlif ərazilərdə fərqli şəkildə özünü göstərə bilər. Məsələn, yay aylarında Avropada çox güclü istilər müşahidə olundu. Lakin mən deyərdim ki, Azərbaycanda bu təsir özünü o qədər də qabarıq şəkildə göstərmədi.

Nəyə görə? Çünki temperaturun dəyişməsi El Nino ilə əlaqədar olsa da, digər amillər də təsir edə bilər. Buna görə də El Nino-nun yaratdığı effekt dünyanın müxtəlif bölgələrində fərqli olur. Azərbaycanda bu təsir özünü çox açıq şəkildə biruzə vermədi, amma o demək deyil ki, payızda da bu özünü biruzə verməyəcək".

S.Səfərov qeyd edib ki, ola bilər ki, payızda temperatur normadan nəzərəçarpacaq dərəcədə yüksək olsun:

"Eyni zamanda temperaturun yüksəlməsi ilə əlaqədar ayrı-ayrı ərazilərdə lokal xarakterli, intensiv yağıntılar müşahidə oluna bilər. Bu isə sel və daşqın təhlükəsi olan ərazilərdə bu proseslərin aktivləşməsinə səbəb ola bilər.

Yekun olaraq deyə bilərəm ki, qlobal temperaturun artacağı gözlənilir. Dünyanın orta temperaturunun payız mövsümündə yüksələcəyi ilə bağlı proqnozlar mövcuddur.

Azərbaycan üçün isə vəziyyət bir qədər fərqlidir. Bizim və digər azərbaycanlı tədqiqatçıların apardıqları elmi araşdırmalara əsasən, El Nino-nun temperatur baxımından Azərbaycana təsiri o qədər də yüksək deyil. Dünyanın bəzi bölgələrində temperatur artımı daha ciddi ola bilər. Azərbaycanda isə temperaturun əsasən normaya yaxın və ya normadan bir qədər yüksək olması gözlənilir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri