Icma.az
close
up
RU
Dəhşətli faktlar açıqlandı Avropada insanlar bir birlərini yeyiblər

Dəhşətli faktlar açıqlandı Avropada insanlar bir birlərini yeyiblər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşadakı bir mağaradan tapılan qalıqlar göstərir ki, Avropada ibtidai insanlar təxminən 18 000 il əvvəl müharibə dövründə hannibalizmlə məşğul olublar, bəzən hətta düşmənlərinin beyinlərini yeyiblər.

Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, “Scientific Reports” akademik jurnalında dərc olunan araşdırma vaxtilə Polşada yaşayan Maqdalenian adlı toplumun dəfn və ritual təcrübələrinə işıq salır.

Əvvəlki araşdırmalarda iddia olunurdu ki, qədim insan cəmiyyətləri ya ritual məqsədlər üçün, ya da aclıq hallarında insan əti yeyiblər.

Qazıntılar zamanı Krakov yaxınlığındakı Maşiska mağarasından götürülmüş onlarla sümük hannibalizmin sübutunu göstərir.

Sümüklərin əksəriyyəti fraqmentlərdən ibarət olduğu üçün əvvəlcə onları insan qalıqları kimi tanımaq mümkün olmayıb. 3D mikroskopiya üsullarından istifadə edərək 53 sümükdəki kəsik izlərini təhlil edən alimlər cəsədlərin qidalanma məqsədilə istifadə edildiyini təsdiqləyiblər.

Təhlillər təsdiqləyir ki, cəsədlər ölümdən qısa müddət sonra istehlak üçün doğranılıb.

Tədqiqatçılar deyirlər ki, insan sümükləri üzərindəki izlərin çoxu kəsilmiş və yeyilmiş heyvanların sümüklərindəki izlərə uyğundur. Bəzi sümüklər yemək üçün qida ilə zəngin iliyi çıxarmaqçün çatladılmış kimi görünür.

Kəllə sümüklərindəki kəsiklər onu göstərir ki, baş dərisi beyini götürmək üçün soyulub. Sümüklərdəki izlər və qırıqlar əzələlər, beyin və iliyin çıxarıldığı ehtimalını gücləndirir.

“Bütün bunlar cəsədlərin qida ilə zəngin hissələrinə üstünlük verilməklə, geniş şəkildə istehlak edildiyini göstərir”, - alimlər vurğulayırlar.

Rovira-Virgili Universitetindən tədqiqatın həmmüəllifi Fransesk Marqinedas söyləyir:

“Skeletdəki kəsik izləri və sınıqların yerləri və sıxlığı cəsədlərin qidalanma baxımından istismar edildiyini açıq şəkildə göstərir və istehlak olmadan dəfn fərziyyəsini rədd edir”.

İnsan sümüklərinin heyvan sümükləri ilə qarışmış halda tapılması onların birlikdə yeyilmiş ola biləcəyini göstərir. Bütün sümüklər təxminən eyni dövrə aid olduğu üçün tədqiqatçılar heyvanlar və insanların eyni hadisələr zamanı, ola bilsin, müharibələrdə öldürülməsindən şübhələnirlər.

Araşdırmanın digər müəllifi Palmira Saladiye deyir:

“Hannibalizm insan təkamülünün müxtəlif dövrlərində sənədləşdirilmiş bir davranışdır. Tarixdən əvvəlki kontekstlərdə bu, həm sağqalma ehtiyaclarına, həm də ritual təcrübələrə, hətta qruplararası zorakılığın dinamikasına uyğun gələ bilər”.

Tədqiqatçıların fikrincə, təxminən 20 000 il əvvəl Buz dövründən sonra demoqrafik genişlənmə müxtəlif ibtidai insan populyasiyaları arasında münaqişələrə səbəb ola bilərdi. Alimlər bu cür münaqişələrin bəzi hallarda hannibalizmlə nəticələnməsindən şübhələnirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri