DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qəzzaya qayıdan HƏMAS döyüşçüləri digər klanların üzvlərini güllələdi VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Qəzzaya qayıdan HƏMAS döyüşçüləri digər klanların üzvlərini açıq şəkildə edam etməyə başlayıblar. Məqsəd mümkün rəqibləri aradan qaldıraraq siyasi meydanı təmizləməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.
Rəsmi olaraq bu edamlar İsraillə əməkdaşlıqda ittiham olunanlara qarşı həyata keçirilir, lakin əslində söhbət HƏMAS-la on illərdir gərgin münasibətdə olan, çoxlu silaha və təsirə malik bir klanın üzvlərindən gedir. Onları indiyə qədər sadəcə dözülərək toxunulmaz saxlayıblar.
Qeyd edək ki, İsrail qoşunları Qəzzadan çıxandan sonra HƏMAS döyüşçüləri yenidən qruplaşıb və İsraillə əməkdaşlıq edən fələstinli klanlara qarşı genişmiqyaslı əməliyyat başladıb.
Ümumilikdə, israillilərin bölgədən çıxması HƏMAS-a rəqibləri ilə hesablaşmaq və siyasi meydanı təmizləmək imkanı yaradıb. Bu da gələcəkdə xarici qüvvələrin Qəzzada HƏMAS strukturlarından asılı olmayan müstəqil idarəetmə qurmaq cəhdlərinin qarşısını almağa xidmət edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















