Icma.az
close
up
RU
Dəhşətli qəzadan sağ çıxan sərnişin: Təyyarədə yaşananları danışdı

Dəhşətli qəzadan sağ çıxan sərnişin: Təyyarədə yaşananları danışdı

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dekabrın 27-də Bakı-Qroznı təyyarəsində qəzadan sağ çıxan sərnişinlərdən biri, Qırğızıstan vətəndaşı Tilek Osmanov faciənin səbəbləri ilə bağlı açıqlama verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Osmanovun dedikləri digər yaralı sərnişinlərin ifadələri ilə üsüt-üstə düşür və təyyarənin vurularaq zədələndiyini təsdiq edir. 

“Uçuş zamanı yatmışdım. Amma bir növ partıltı eşitdim. Sonra təşviş başladı. Düzünü desəm, çox qorxulu idi. Fikirləşirdim ki, yəqin ki, həyat elə burada bitəcək. Vaxtımızın qurtardığını düşündük, oturub dua etdik. Amma Uca Allah bizə daha çox vaxt verdi və bizi xilas etdi. 

“Təyyarə yerə enə bilməyəndə və səmada fırlananda sərnişinlər hansı hissləri keçirdilər” sualına Osmanov belə cavab verib: 

“Stüardessalar hamını sakitləşdiriblər. Çaxnaşma başlayanda biz sadəcə oturub düşündük ki, heç nə etmək olmaz. Bu, avtomobil deyil ki, özünü ondan atasan. Stüardessaların özləri də qorxmuşdular.

Biz Bişkekdən Qroznıya getməliydik. Birbaşa reys olmadığı üçün Moskvadan Bakıya getdik. Gürcüstandan gələn maşınlarımız Qroznıda idi və biz onları Bişkekə gətirmək istəyirdik. Təyyarə Qroznıya enmək əvəzinə yenidən yüksəkliyə sürət yığmağa başlayanda nə isə bir səs eşidildi. O, təyyarənin içərisində çox bərk oldu.

Sonra təxminən üç saat davam edən qarışıqlıq başladı. Məlum oldu ki, təyyarə Qroznıya enə bilməyib və bizi Mahaçqalaya yönləndiriblər. Amma ora da eniş alınmadı. Ona görə də bizi Qazaxıstanın Aktau hava limanına göndərdilər.

Sonra nə baş verdiyini dəqiq bilmirəm, amma bundan sonra təhlükəsizlik tədbirləri görməyə başladılar. Xilasedici jiletlər geyindilər, oksigen maskalarını çıxartdılar. Nə yaxşı ki, biz suyun üzərindən uçduq və quruya enə bildik. Dənizə düşsəydik, nə baş verəcəyini heç bilmirəm... 

Mən 36-cı sırada, mənimlə uçan Rinat isə 35-də oturmuşdu. Təhlükəsizlik kəmərlərimizi bağladıqdan və maskalarımızı taxdıqdan sonra ekipaj bizə məlumat verdi. Azərbaycan, ingilis və rus dillərində bizə “hazırlaşın, indi qəza enişi edəcəyik”-dedilər.  

Mənə dedilər ki, başını qoru, yumşaq saxla. Deyəsən, yalnız bir zərbə oldu.

Özümə gələndən sonra ilk işim Rinatı axtarmaq oldu. Biz onun təhlükəsizlik kəmərini çətinliklə açıb oradan çıxara bildik. Onun yanında oturanlar kömək etdilər. Biz təyyarədən sürünərək çıxanda, ümumiyyətlə, təyyarənin baş tərfində qazax elektrikləri və ya xilasediciləri dayanmışdılar.  

Rinat gözlərini açıb özünə gəldi. Amma özünü çox pis hiss edirdi. Biz birlikdə təyyarədən düşdük. Təcili yardım maşınına ilk mindirilən biz olduq. Onu Aktau xəstəxanasına apardılar. O, dərhal reanimasiya şöbəsinə, məni və başqa bir qırğızıstanlını travmatologiya şöbəsinə apardılar. Burada yaralarımızı müalicə etdilər, rentgen və ultrasəs müayinəsi etdilər”.

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri