Icma.az
close
up
RU
DƏHŞƏTLİ STATİSTİKA: Hamiləliyi dərmanla pozanları NƏ GÖZLƏYİR?

DƏHŞƏTLİ STATİSTİKA: Hamiləliyi dərmanla pozanları NƏ GÖZLƏYİR?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2025-ci ildə dərman vasitələri ilə aparılan abortların sayı 1 049 təşkil edib. Bu, əvvəlki illə müqayisədə 57%-dən çox artım deməkdir. Ölkədə ümumilikdə 95 344 abort qeydə alınıb. Qeydə alınan 95 117 abortun ən çoxu 30-34 yaş qrupundakı qadınlar tərəfindən edilib.

Bəs hamiləliyin dərmanlarla pozulması halları hansı risklərə yol aça bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ölkədə əhali artımına və əhalinin dinamikasına, yəni doğum, ölüm göstəricisi, xəstələnmə göstəricilərinə nəzarət çox ciddi bir məsələdir. Bu, səhiyyə təşkil işində də əsas xətti təşkil edir:

"Ümumiyyətlə, hamiləliyin özbaşına dərmanlarla pozulması məqsədəuyğun deyil. Çünki həmin şəxslər özləri də bilmədən gələcəkdə müəyyən fəsadlarla üzləşə bilərlər. Məsələn, dölün xaric edilməsi zamanı dərmanın təsiri ilə ciftin bir hissəsinin orada qalması və ya qanaxmalar mümkün ola bilər. Bundan əlavə, ana orqanizmini təhlükəyə atan başqa fəsadlar ortaya çıxa bilər. Ona görə də qeyd olunan proses həkim nəzarətində olmalıdır. Təbii ki, müxtəlif ölkələrdə abortlara tətbiq olunan müəyyən qadağa və nəzarət mexanizmləri səbəbindən bəzi hallarda insanlar özbaşına və ya qeyri-tibb vasitələrlə hamiləliyi sonlandırmağa cəhd edirlər. Lakin nəzərə almaq lazımdır ki, bu, birbaşa insan həyatı və sağlamlığı ilə bağlı olan kritik bir məsələdir".

Tibb elmləri doktoru, professor Adil Qeybulla

Profressor qeyd edib ki, həkim nəzarəti olmadan edilən müdaxilələr qadının gələcəkdə ana olmaq şansını həmişəlik itirməsinə (dölsüzlüyə) gətirib çıxara bilər. Bu baxımdan istənilən halda bütün tibbi prosedurlar mütləq peşəkar həkim nəzarəti altında həyata keçirilməlidir.   

Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında dərman vasitələri ilə hamiləliyin pozulması hallarının cəmiyyətə psixoloji  təsirlərinə toxunub.

Onun sözlərinə görə, ilbəil abortların sayında artım müşahidə olunur və xüsusilə 30–34 yaşarası qadınlarda bu göstəricinin yüksəlməsi müxtəlif səbəblərlə bağlıdır:

"Bura 30 yaşdan sonra ana olmaq istəməmək, analığın gətirdiyi psixoloji məsuliyyət və öhdəliklərin öhdəsindən gələ bilməmək qorxusu, eləcə də maddi və sosial vəziyyət kimi amillər daxildir. Hər bir halda abort prosesi insan psixologiyasına mənfi təsir göstərir. Daxilindəki bir parçanı və canlı hissəciyi məhv etmək şüuraltı səviyyədə və emosional durumda ciddi izlər buraxır. Hətta qadın bu qərarı məntiqi şəkildə qəbul etdiyini düşünsə də, sonradan mənfi emosiyalar, kədər və emosional enişlərlə üzləşir. Həm dini, həm psixoloji, həm də sosial baxımdan abortun mənfi bir addım olduğu bilinsə də, insanlar bunu əsaslandırmaq üçün "maddi imkanım yoxdur" və ya "yaxşı baxa bilməyəcəyəm" kimi müdafiə mexanizmlərinə sığınırlar. Lakin bu məntiqi bəhanələr emosional rahatlıq gətirmir və yaranan psixoloji gərginlik bəzən səhvən fiziki abort ağrıları ilə əlaqələndirilir".   

Psixoloq İlahə Dadaşova

İ. Dadaşovanın fikrincə, əvvəllər cəmiyyətdə abort adi bir tibbi proses kimi qarşılanmırdı. Lakin hazırda istər həkimlər, istərsə də qadınlar arasında bu prosedur normallaşıb və adi hala çevrilib. Halbuki abort qadın orqanizmi üçün tibbi cəhətdən ziyandır.

"Abortu adi hal kimi qəbul etməkdənsə, müasir tibbi qorunma üsullarını vərdişə çevirmək lazımdır. Bu, həm psixoloji sağlamlığı qorumaq, həm də ailə mühiti və qadınların ümumi rifahı üçün ən ideal yoldur", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri