Dəhşətli təyyarə qəzası 62 nəfər ÖLDÜ (VİDEO)
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreyada "Boeing 737-800" sərnişin təyyarəsi Muan hava limanına enərkən hasara çırpılaraq alovlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. İndiyədək 62 nəfərin həlak olduğu barədə məlumat verilib.
Təyyarə Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsusdur. Layner Banqkokdan qayıdırdı. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından çıxıb, qoruyucu barmaqlıqlarla toqquşub, parçalanıb və alovlanıb.
Yanğınsöndürənlər yanğını söndürüblər. Təyyarənin arxa hissəsində sıxışan insanlar üçün xilasetmə əməliyyatı aparılır, sağ qalanlar var. İlkin məlumata görə, qəzaya səbəb eniş qurğusunun nasazlığı ola bilər.
Muan şəhəri Cənubi Koreyanın cənub-qərbində yerləşir. Əhalisi 100 min nəfərdən azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 Dekabr 2024 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















