Dəhşətli təyyarə qəzası Sağ qalan yoxdur
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü və səkkiz sərnişin həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Antiokiya departamentinin Karlos Rios Puerta administrasiyasının rəsmisi məlumat verib.
“Təəssüf ki, sağ qalan yoxdur. Onlarla xilasedici hadisə yerindədir. Biz cəsədləri axtarırıq və onların şəxsiyyətini müəyyənləşdirmək üçün polislə koordinasiya edirik”, - Puerta bildirib.
Puerta bildirib ki, təyyarənin istifadəsinə mane olan əlverişsiz hava şəraiti xilasetmə işlərini çətinləşdirib. Bununla belə, Kolumbiyanın Mülki Aviasiya İdarəsi artıq qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Hüseyn İbadlı

Koreyada dəhşətli təyyarə qəzası: yenə quyruqdakılar sağ qaldı
29 Dekabr 2024 10:20
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur Tramp AÇIQLADI
30 Yanvar 2025 21:56
AZALın dəhşətli qəzası: Cəmi 6 nəfər sağ qalıb
25 Dekabr 2024 11:29
Təyyarə qəzasında sağ qalan sərnişin atəş açılmasından ŞÜBHƏLƏNİR: Dəhşətli dəqiqələrdən DANIŞDI
25 Dekabr 2024 21:44
Dəhşətli təyyarə qəzası pilot həlak oldu
22 Mart 2025 23:59

