Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Aydaho ştatının cənub hissəsində baş verən güclü təbii yanğın regionun ən qədim və böyük ailə avtorazborka (köhnə avtomobillərin sökülərək hissələrin satışı) müəssisələrindən birini tamamilə məhv edib. Onilliklər ərzində toplanmış böyük mülkiyyət cəmi bir neçə saat ərzində külə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Guessing Headlights" avtomobil nəşri yayıb.
Məlumata görə, güclü küləyin təsiri ilə sürətlə genişlənən "Median Fire" adlı təbii yanğın Qudinq dairəsində, Uendell şəhəri yaxınlığında yerləşən "L&L Classic Auto" müəssisəsinin ərazisinə keçib.
Yanğın başlayan zaman 60 hektardan çox ərazini əhatə edən poliqonda 1960-cı illərdən bəri toplanmış 10 000-ə yaxın klassik və nadir avtomobil olub. Səhərə qədər davam edən yanğın nəticəsində onlardan təxminən 9 000-i tamamilə yanaraq yararsız hala düşüb. Həmçinin şirkətin inzibati binası və yeni inşa edilmiş evakuator sexi də kül olub.
Müəssisənin meneceri Cessi Conson hadisə anını xatırlayarkən bildirib ki, alov elə sürətlə irəliləyib ki, işçi heyəti ərazini son anda tərk edə bilib:
"Alov 46 nömrəli şoseyə çatanda artıq nəfəs almaq qeyri-mümkün idi, görünüş tamamilə itmişdi. Mən ərazidən yalnız sonuncu evakuator maşını ilə qaçaraq canımı qurtara bildim".
Bu fəlakətin ən ağır tərəfi isə dəymiş maliyyə ziyanının miqyasıdır. Şirkət rəhbərliyinin sözlərinə görə, müəssisənin sığorta paketi yalnız qapalı binaları əhatə edirdi və açıq səmada saxlanılan minlərlə avtomobili nəzərə almırdı. Nəticədə, 60 il ərzində böyük zəhmətlə toplanmış unikal ehtiyat hissələri və maşınlar faktiki olaraq sığorta təminatından kənarda qalıb və ailəyə kompensasiya ödənilməyəcək.
"L&L Classic Auto" öz avtoparkını altı onillik ərzində müxtəlif qəzalı maşınların təxliyəsi, sığorta silinmələri və fərdi satınalmalar hesabına formalaşdırmışdı. Bu itki təkcə maddi ziyan deyil, həm də bərpası qeyri-mümkün olan unikal klassik hissələrin yox olması deməkdir.
Yanğın ətrafdakı digər obyektlərə də ziyan vurub. Yolun əks tərəfində yerləşən tullantıların təkrar emalı stansiyasının inzibati binası da yanıb. Yanğınsöndürənlər yalnız cümə axşamı səhər saatlarında, alov 8 600 akrdan (təxminən 3500 hektar) çox sahəni kül etdikdən sonra yanğını nəzarətə ala biliblər. İqtisadiyyatı əsasən ailə podratları və kənd təsərrüfatına söykənən bölgə üçün bu hadisə fəsadları uzun illər hiss olunacaq ağır bir zərbəyə çevrilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 21 İyun 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















