Dejavünün səbəbi tapıldı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər dejavü hissinin insanlarda gələcəyi proqnozlaşdıra bildikləri illüziyasını yaratdığını sübut edən ilk eksperimental nəticələri əldə ediblər.
Milli.Az xəbər verir ki, araşdırmada iştirakçılar müxtəlif virtual reallıq məkanlarında videoturlara baxıblar. Bəzi səhnələr təkrarlanaraq yaddaş izləri gücləndirilib. Daha sonra onlara yeni, lakin struktur baxımından oxşar məkanlar göstərilib və bu, iştirakçılarda dejavü hissi yaradıb.
Nəticə göstərib ki, dejavü nə qədər güclü olurdusa, iştirakçılar növbəti anı düzgün təxmin etdiklərinə bir o qədər çox inanırdılar. Lakin onların cavablarının dəqiqliyi təsadüfi ehtimaldan yüksək olmayıb. Tədqiqatçılar bildirirlər ki, güclənmiş yaddaş izi bu illüziyanı artırır və dejavü ilə "gələcəyi hiss etmək" yanılması arasında birbaşa əlaqə mövcuddur.
Milli.Az
Baxış sayı:63
Bu xəbər 23 Noyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















