Dekabrın 15də hakimliyə namizədlərin test imtahanı təşkil olunacaq AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 9 dekabr, AZƏRTAC
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, həmin namizədlər üçün test imtahanı dekabrın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini dekabrın 13-ü saat 10:00-dək çap etmək olar.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















