Deko Uilyamsla aparılan danışıqları təsdiqlədi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın idman direktoru Deko "Atletik"in futbolçusu Niko Uilyamsdan danışıb.
QOL.az xəbər verir ki, o, "La Vanguardia"ya verdiyi müsahibədə 22 yaşlı vingerlə danışıqlar apardıqlarını təsdiqləyib:
"Niko Uilyams gəlmək istəyir və biz "Atletik"lə danışıqları yekunlaşdırmağa çalışırıq. Niko digər futbolçular kimi, "Barselona"ya gəlmək üçün böyük istək göstərir. Əgər onun işində lazımlı şərtlər olsa, biz onunla müqavilə imzalamağa çalışacağıq".
Qeyd edək ki, Niko Uilyams başa çatan mövsümdə "Atletik"in heyətində 45 oyuna çıxaraq 11 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Deko Uilyamsla aparılan danışıqları təsdiqlədi
22 İyun 2025 22:07
Barselona Niko Uilyamsla əlaqəni kəsdi
04 İyul 2025 18:57
Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı Vingerin tələbi açıqlandı
12 İyun 2025 16:29
Deko axtarışa başladı
19 Mart 2025 19:19
Ramin Deko saxlanıldı
06 Dekabr 2024 19:06

