Icma.az
close
up
RU
Deku danışdı Kanselu qayıtdı, lider dəyişdi, gələcək sual altındadır

Deku danışdı Kanselu qayıtdı, lider dəyişdi, gələcək sual altındadır

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın “Barselona” futbol klubunun idman direktoru Deku komandanın vəziyyəti, transfer planları və bir neçə əsas futbolçunun gələcəyi ilə bağlı geniş açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı funksioner Joau Kanselunun vəziyyəti, Rafinyanın inkişafı, Mark-Andre ter Ştegenin statusu və qış planları barədə danışıb.

Deku bildirib ki, Joau Kanselu növbəti oyuna tam hazır olmaya bilər, çünki uzun müddət oynamayıb və fiziki formasını bərpa etməyə ehtiyacı var. Onun sözlərinə görə, Kanselunun komandaya qoşulması müdafiə xəttinin səviyyəsini ciddi şəkildə yüksəldəcək yeganə mümkün variant idi və yanvarda heyəti gücləndirməyən transfer etmək mənasız olardı.

O qeyd edib ki, klub Kanselunu mövsümün əvvəlindən istəsə də, maliyyə fair-play qaydaları buna imkan verməyib. İndi isə onun qayıdışı müdafiəni əhəmiyyətli dərəcədə gücləndirəcək. Kanselunun gəlişindən sonra Erik Qarsiyanın cinah müdafiəçisi kimi oynamasına ehtiyac qalmayacaq.

Deku əlavə edib ki, klub Kanselunu daimi əsasda transfer etmək istəyirdi, lakin Səudiyyə Ərəbistanından gələn təkliflə rəqabət aparmaq mümkün olmayıb.

İdman direktoru Rafinyanın inkişafına da toxunub. Onun sözlərinə görə, braziliyalı futbolçu artıq liderə çevrilib və xüsusilə Hansi Flikin gəlişindən sonra daha çox fərdi məsuliyyət götürməyə başlayıb.

Ter Ştegen məsələsinə gəlincə, Deku “Jirona”nın marağının olduğunu təsdiqləsə də, əvvəlcə klubla danışmalı olduqlarını bildirib. O vurğulayıb ki, alman qapıçının klubla müqaviləsi var və o, yüksək səviyyəli qapıçıdır.

Joan Qarsiyanın transferinin sırf idman səbəbləri ilə edildiyini bildirən Deku, onun gənc olduğunu və klubun həm bu gün, həm də gələcək üçün etibarlı qapıçıya ehtiyac duyduğunu deyib. Ter Ştegenin zədələrinin də bu qərara təsir etdiyini əlavə edib və Joan Qarsiyanın sürətli adaptasiyasından razılığını ifadə edib.

Nəhayət, Deku Robert Levandovskinin komandada qalmasının onun şəxsi motivasiyasından asılı olacağını, klubun isə hələ onun gələcək planlarını bilmədiyini qeyd edib. O, Ronald Arauxonun formasını bərpa etməsini də qışın ən vacib “transferlərindən” biri hesab etdiklərini bildirib və onun ən yaxşı vəziyyətində komandanın açar oyunçusu olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri