Dələduz şirkət rəhbərinə HÖKM OXUNDU
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın dələduzluqda ittiham olunan rəhbəri olmuş Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən Məhərrəm Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Həsənqulu oğlu Məhərrəmovun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş çoxmərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.
İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















