Icma.az
close
up
RU
Dələduzlar oğurlanmış və ya itirilmiş telefondan necə istifadə edirlər? Mütəxəssisdən AÇIQLAMA

Dələduzlar oğurlanmış və ya itirilmiş telefondan necə istifadə edirlər? Mütəxəssisdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bəzən diqqətsizlikdən, bəzən isə təsadüfən telefonlarımızı itirə bilirik. Hətta mobil telefonların oğurlanma halları da az deyil.

Bəs itən və oğurlanan telefonların sonrakı aqibəti necə olur? Onlardan hansısa məqsədlər üçün istifadə oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən İT mütəxəssisi Fərhad Mirəliyev bildirdi ki, mobil cihazlar itdikdə ilk növbədə polis orqanlarına müraciət olunmalıdır.

Onun sözlərinə görə, mobil telefon itirilərkən onun kimsə tərəfindən tapılaraq təhvil verilmədiyi bir hallarda həmin telefonun mobil şəbəkədə aktivləşdirilərək istifadəsinə cəhd oluna bilər:

"Ona görə də polis orqanlarına müraciət edən zaman onlar zərərçəkmiş vətəndaşdan həmin telefonun İMEİ kodunu tələb edirlər. Vahid xidmətlər portalında həmin o İMEİ kodlar var və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portalında həmin o İMEİ kod axtarışa verilir, yəni boz siyahıya əlavə olunur. Bundan sonra kimsə cəhd edərsə ki, istənilən mobil operator vasitəsilə həmin telefondan istifadə etsin, o zaman mobil telefona daxil olur ki, "bu telefon axtarışdadır və o telefonu qaytarmaq lazımdır" kimi məlumatlar daxil olur”.

F.Mirəliyev dedi ki, bir çox hallarda peşəkar, cinayətkarlıqla məşğul olan şəxslər bu hallardan xəbərdar olduğuna görə itirilmiş telefonları ehtiyyat hissələrinə ayıra bilirlər və yaxud təmir proseslərində istifadə edə bilirlər.

"Bu zaman həmin o telefonların İMEİ kod üzərində zavod tərəfindən həkk olunan ana plata artıq birbaşa istifadə olunmur. Detal kimi üzərində tranzistorlar, diodlar və digər elementlər istifadə oluna bilər, amma bütöv halda ehtiyyat hissəsi kimi istifadə olunmur.

Ən çox rastlaşdığımız dələduzluq hallarından biri də ondan ibarətdir ki, həmin o itirilmiş telefon öz əkizi ilə əvəzlənir və itirilmiş telefonun eyni markadan olan bir variantı ilə, hansı ki, qeyri işlək olur, yararsız olur, amma İMEİ kodu oxuna bilən olursa, o İMEİ kodu oğurlanan telefonun üzərinə həkk edirlər və həmin telefon şəbəkədə öz əkizinin əvəzinə işləmə qabiliyyətində olur. Buna görə də şəbəkəyə qoşulduqda onu aşkarlamaq daha çətin olur. Burada artıq peşəkar bir əməliyyat keçirmək lazımdır, adi bir baxışla bunu aşkarlamaq olmur”- deyə o əlavə etdi.

BƏNÖVŞƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri