Dələduzların yeni üsulu Bu yolla telefondakı məlumat ələ keçirilə bilər
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Kafe, hava limanı və ya ticarət mərkəzlərində telefonun rahat şəkildə enerji yığması bəzən batareyanın dolması ilə deyil, şəxsi məlumatların tam itirilməsi ilə nəticələnə bilər.
BAKU.WS-in məlumtına görə, söhbət parollar, fotolar və yazışmalar daxil olmaqla bütün məlumatların ələ keçirilməsindən gedir.
USB-kabel həm enerji ötürülməsi, həm də məlumat mübadiləsi üçün istifadə olunur. Əgər açıq istifadə üçün nəzərdə tutulan port və ya kabel kibercinayətkarlar tərəfindən dəyişdirilibsə, o, telefonu sadəcə yükləmək əvəzinə cihazla əlaqə qurmağa cəhd göstərə bilər.
Bu halda hakerlər telefona zərərli proqram yükləyə, faylları, kontaktları, SMS-ləri və istifadəçi hesabı məlumatlarını gizli şəkildə köçürə bilərlər.
Mütəxəssislərin fikrincə, müasir əməliyyat sistemləri adətən yeni USB qurğu qoşulduqda məlumat ötürülməsinə icazə üçün istifadəçidən təsdiq istəyir. İcazə verilməyənədək port yalnız enerji yığma rejimində işləməlidir. Lakin bu qorumanı keçə bilən yeni hücum üsulları mövcuddur. Məsələn, "ağıllı" şarj stansiyası klaviatura qoşulmasını təqlid edərək girişi özü təsdiqləyə bilər. Bu isə xüsusilə Android əməliyyat sistemli zəif qorunan cihazlarda mümkündür.
Bu cür risklərdən tam qorunmaq üçün USB məlumat bloklayıcısı adlanan xüsusi fiziki adapterdən istifadə etmək tövsiyə edilir. Kiçik ölçülü bu qurğu telefonla ictimai USB portu arasında baryer rolunu oynayır. Adapter yalnız elektrik enerjisinin ötürülməsinə icazə verir, məlumat ötürülməsi üçün nəzərdə tutulan kontaktları isə tamamilə bloklayır və hücum riskini minimuma endirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 09 Fevral 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















