Icma.az
close
up
RU
Dələduzluğun başqa növü: Özünü bilərəkdən maşının altna atır və...

Dələduzluğun başqa növü: Özünü bilərəkdən maşının altna atır və...

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu şəhərdə”nin bir səhnəciyi var, baxmış olarsınız. Bir qadın özünü aşağı sürətlə hərəkət edən avtomobilin qabağına atır və xəsarət alıbmış kimi sürücüdən “müalicə”, “müayinə” pulu alır, aylarla evinə bazarlıq etdirir...

Günümüzdə də belələri az deyil. Son zamanlar isə özünü bilərəkdən maşınların önünə atan insanların görüntüləri sosial şəbəkələrdə daha çox yayılır.

Maraqlıdır, belə dələduzlara qarşı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır. Əgər zərurət varsa, əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.

Elbrus İbrahimov: Vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən sığorta edir

E.İbrahimovun sözlərinə görə, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin təqsirini müəyyən edilir.

Müsahibimiz nəzərə çatdırıb ki, ekspertizanın rəyinə uyğun olaraq - dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir.

"Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, o zaman məsələyə yol hərəkəti əleyhinə edilən hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir.

Bütün bunlarla bağlı isə əvvəlcədən hadisədə xəsarətlə bağlı verilən məlumata əsasən ibtidai istintaq araşdırılması aparıldıqdan sonra qərar verilir. Yəni vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən və lüzumsuz hərəkətlərdən bir növ sığorta edir",- deyə DİN rəsmisi qeyd edib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri