Dələduzluq və oğurluq edən şəxs saxlanıldı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib.
"Unikal" xəbər verir ki, zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirilməsi, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlanmasını bildirib.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 29 yaşlı E.Feyzullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2050 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
Baxış sayı:114
Bu xəbər 16 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















