Icma.az
close
up
RU
Dələduzluqda ittiham olunan ata balanı hansı məmurlar himayə edir? BAŞ PROKURORA ŞOK MƏKTUB

Dələduzluqda ittiham olunan ata balanı hansı məmurlar himayə edir? BAŞ PROKURORA ŞOK MƏKTUB

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər sakini, hazırda Bakı şəhərində yaşayan  İsayev Rəfail Müzəffər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Baş Prokuror Kamran Əliyevə müraciət edir:

“Cənab Kamran Əliyev!

Mən, İsayev Rafael Müzəffər oğlu, yazaraq bildirirəm ki, oğlanlarım - İsayev Cavidan Rəfail oğlu və İsayev Cəlal Rıfail oğlu - külli miqdarda dələduzluğun qurbanı olublar. Belə ki, evimə gəlib-gedən, bir tərəfdən qohumum olan Gəncə şəhər sakini Bayramov Cavid Azər oğlu və atası Bayramov Azər Nizami oğlu yüksək vəzifəli şəxslərin adından istifadə edərək, oğlanlarımın 60 min manata yaxın pulunu mənimsəyiblər.

Adlarını qeyd etdiyim şəxslər hüquq-mühafizə orqanlarında yüksək səlahiyyət sahibi olan nüfuzlu məmurlar tərəfindən himayə olunduqlarını bildirirlər.

Qısa olaraq bildirim ki, Polis Akademiyasına daxil olduğu deyilən Bayramov Cavid Azər oğlunun, eləcə də atası Bayramov Azər Nizami oğlunun Bakı şəhərində yaşamağa yerləri olmadığı üçün müvəqqəti olaraq mənim evimdə qalırdılar. Mən öz mədəniyyətimi, qohumcanlılığımı göstərib, bu ata-balaya evimdə, masamda yer açmışdım.

Heç vaxt hüquq-mühafizə orqanlarında işimiz olmadığı üçün, həm də masamda oturub çörəyimi yeyən qohumlarımın belə bir biabırçı addım atacaqlarını heç ağlıma da gətirməzdim. Halbuki, onlar hər iki oğlumu aldadaraq, banklara salaraq, 60 min manata yaxın pullarını mənimsəyiblər.

Qarşı tərəfdən pulumuzu tələb etdikdə Azər Bayramov deyir ki, “hüquq-mühafizə orqanlarında işləyən vəzifəli şəxs mənə 150 min manat ödəniş edəcək, onun da 50 minini gətirib sizə verəcəm”.

Dələduzluğu törədən şəxslər polis bölmələrində olan zaman oğlanlarıma 50 min manat verməli olduqlarını etiraf ediblər. Onlar 10 min manat pulu kəssələr də, onu da tamamilə danmamışlar.

Cənab Baş Prokuror!

Nə qədər qəribə səslənsə də, son vaxtlar yaşadığımız hadisələr dələduz ata və oğulun hüquq-mühafizə orqanlarında yüksək yetki sahibi olan məmurlar tərəfindən himayə olunduqları haqda şübhələr yaradır. Söhbət ondan gedir ki, bu şəxslərin dələduzluqları ilə bağlı çoxsaylı faktları (telefon danışıqlarını, mesajları, “WhatsApp” yazışmalarını və s.) aidiyyəti qurumlara təqdim etsək də, 3 aya yaxındır nəinki cinayət işi açılır, hətta dələduz ata-bala aşkar şəkildə kimlərsə tərəfindən müdafiə edilir.

Görünür, məhz bu səbəbdən də qarşı tərəf çox rahatdır. Açıq şəkildə bildirirlər ki, “bizi heç kəs tuta bilməz, lazımi adamların hamısını görmüşük”.

Odur ki, bu ata-balaya cinayət işinin açılmaması, o cümlədən qanunlarımızın sıradan bir vətəndaş tərəfindən açıq şəkildə  tapdalanması bizi ciddi narahat edir.

Biz Sizə güvənirik və inanırıq ki, Baş prokuror olaraq, bu məslənin həlli istiqamətində ailəmizə kömək göstərəcəksiniz.

Sizə əvvəlcədən öz minnətdarlığımı çatdırıram”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see292

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see252

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see234

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see217

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see195

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see188

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see177

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see166

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see154

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see153

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see153

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see146

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see146

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see145

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see143

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see139

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri