Dələduzluqda ittiham olunan daha iki nəfər tutulub
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.
Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin, vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

On altı nəfər dələduzluqda ittiham olunur
06 Mart 2025 15:19
Dələduzluqda ittiham olunan qadına hökm oxunub
24 Dekabr 2024 15:46
Dələduzluqda ittiham olunan hüquq müdafiəçisindən xəbər var
04 Dekabr 2024 17:48
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub
09 Yanvar 2025 13:02
Dələduzluqda ittiham olunan Argentina Prezidenti cavab VERDİ
18 Fevral 2025 17:51

