Icma.az
close
up
RU
Delimitasiya prosesində Kərkinin azad edilməsi də mümkündür PROQNOZ

Delimitasiya prosesində Kərkinin azad edilməsi də mümkündür PROQNOZ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

  “Erməni baş nazir bildirib ki, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı”

Ermənistan Baş naziri Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi ilə Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər”. Ekspertlər hesab edirlər ki, Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-nin işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır. Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər sürətli delimitasiya baş verə bilər.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, delimitasiya iki hissədə - həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Ekspert bildirib ki, bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır:

"Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə "bağışlanıb". Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir. Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkün ola bilər? Sərhədin Qazax istiqamətində delimitasiyasında Almatı bəyannaməsinə istinad, eləcə də paraflanan sülh sazişində sovet dövründəki xətlərin əsas götürülməsi qeydi SSRİ dövründə verilən ərazilərin qaytarılmasını sual altına salır. Hərçənd, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır. Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Almatı bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu. İkincisi, paraflanan sülh sazişində Almatı sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır".

A.Nərimanlıya görə, bu kontekstdə rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq:

"Gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivləri də mümkündür. Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bildirib ki, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdəyən istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır. Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri