Delmar Residence də 9800 manatlıq oğurluq
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən "Delmar Residence" istirahət kompleksində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kompleksdə evlərin icarəsini həyata keçirən şəxsin 9800 manat pulu oğurlanıb. Sonradan məlum olub ki, pulu zərərçəkmişlə bir yerdə işləyən tanışı götürüb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmişlə barışıq əldə etdiyi deyib. Buna görə də hakimdən ona yüngül cəza verməsini xahiş edib.
Məhkəmənin hökmü ilə müttəhimə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onun ev dustaqlığı və həsbdə saxlanıldığı 2 ay 22 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Fevral 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















