DEM Partiyası AKP və MHP ni ziyarət edəcək: Tarix bəlli oldu
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın çağırışı ilə başlayan barış prosesi çərçivəsində Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) rəhbər heyəti siyasi partiyalarla görüşəcək.
“Cebheinfo.az” xəbər verir ki, DEM Partiyası ilk olaraq 10 martda Cümhuriyyət Xalq Partiyasında (CHP) olacaqlar.
17 martda isə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) və Milliyyətçi Hərəkat Partiyasında (MHP) də görüş keçirəcəklər.
Xatıradaq ki, fevralın 27-də Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışı edib. Onun terrorçulara çağırış mətni DEM Partiyasının heyəti tərəfindən ictimaiyyətə açıqlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”

MHP və DEM Partiyası ilk dəfə bayramlaşdı
31 Mart 2025 14:26
DEM Partiyası Öcalanla görüşəcək: Tarix açıqlandı
27 Dekabr 2024 21:14
DEM Partiyası Öcalanla görüşəcək
26 Noyabr 2024 15:48
DEM Partiyası bu dəfə Dəmirdaşla görüşdü
11 Yanvar 2025 15:46
PKK nın tərksilah olunması... DEM Partiyası
09 May 2025 14:15

