DEM Partiyasının rəhbərliyi ədliyyə naziri ilə görüşmək istəyir
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) deputatı Pervin Buldan ölkənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşmək istədiklərini deyib.
"Cebheinfo.az" xəbər verir ki, o, terror qruplaşması PKK-nın ləğv edilməsi ilə bağlı başlayan prosesin hüquqi müstəviyə keçməsi üçün çalışdıqlarını bildirib.
Pərvin Buldan artıq ədliyyə naziri Yılmaz Tunç ilə görüşmək üçün müraciət etdiklərini açıqlayıb:
"Demokratiya və sülh üçün lazımi hüquqi addımların atılması üçün qərarlıyıq. Gələn həftə ədliyyə naziri ilə görüşməyi planlayırıq. Dialoq kanallarının açıq tutulması sülhün açarıdır. Ümid Haqqı başda olmaqla, prosesin inkişaf etməsi üçün hüquqi addımlara ehtiyac var. Bu məsələlərlə bağlı da yaxın zamanda addımlar atılacağını düşünürəm".
Elmir
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Aprel 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















