Dəm qazından zəhərlənən ailədən yeni xəbər
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qaxın Ləkit kəndində ailənin beş nəfər üzvü dəm qazından zəhərlənib.
News24.az Qax Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, Ləkit kənd sakini 39 yaşlı Vaqif Süleymanov axşam saatlarında evin işıqlandırılması məqsədilə elektrik generatorundan istifadə edib.
Generator evin alt mərtəbəsində olduğundan ondan ayrılan dəm qazı yaşayış sahəsinə daxil olub. Nəticədə ailə başçısı, onun həyat yoldaşı 35 yaşlı Röyanə Süleymanova və onların üç övladı zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ailə üzvlərinə ilkin tibbi yardım göstərilib. Həyatı təhlükələri olmadığından onlar evə buraxılıb.
Müvafiq idarələrin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hadisənin təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 22 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















