Dembelenin ilk təəssüratları
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Ağlamaq istəmirim, amma ailəmdən, mənimlə olan insanlardan danışmağa başlayanda emosiyalarımı saxlaya bilmədim. Göz yaşları mənim üçün gözlənilməz oldu".
QOL.az xəbər verir ki, bu sözləri ötən gecə "Qızıl top" mükafatını alan Usman Dembele ilkin təəssüratlarını bölüşərkən deyib.
PSJ-nin futbolçusu qeyd edib ki, "Qızıl top"u qazanmaq əvvəldən şəxsi hədəfi olmayıb: "Aamma belə bir mükafat qazanmaq çox xüsusi bir andır. Bu mükafat həm də komanda işinin nəticəsidir. Bunu təkcə öz uğurum kimi qəbul etmirəm. Komanda yoldaşlarım, məşqçilərim, klub və azarkeşlər olmadan bunu qazanmaq mümken deyildi".
Dembele daha əvvəl oynadığı klublara” da - Dortmund "Borussiya"sı, "Renn" və "Barcelona"ya təşəkkür edib: "Orada öyrəndiyim şeylərin hazırkı uğurumda böyük rolu oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















