Dəməşqdə İtaliya səfirliyi qarət edilib
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya səfirliyi Dəməşqdə qarət edilib. Əllərində silah olan şəxslər diplomatın iqamətgahından 3 avtomobil götürüblər.
Azpost.info-nun məlumatına görə, İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, bu gün “silahlı qrup” İtaliyanın Dəməşqdəki səfirliyinin bağçasına girərək silah gücünə 3 rəsmi avtomobili aparıb.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu, müxalifət qüvvələrinin şəhəri ələ keçirdiklərini elan etməsindən sonra baş verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
O, həmçinin bildirib ki, insident zamanı səfirin özü və iqamətgahı mühafizə edən karabinerlər xəsarət almayıb.

