Icma.az
close
up
RU
Dəməşqdə yeni diplomatik format

Dəməşqdə yeni diplomatik format

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Üçtərəfli görüş regional və qlobal aktorlar arasında dialoqun genişlənməsi üçün yeni imkanlar yaradır

Yaxın Şərqin mürəkkəb geosiyasi mənzərəsi fonunda diqqətçəkən hadisələrdən biri Suriyanın paytaxtı Dəməşq şəhərində Ukrayna–Suriya–Türkiyə formatında keçirilən üçtərəfli görüş oldu. Görüş diplomatik təmasların intensivləşməsi ilə yanaşı, çoxqütblü beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından əhəmiyyətli hadisə kimi yadda qaldı.

Görüş çərçivəsində tərəflər təhlükəsizlik, enerji, infrastrukturun bərpası və ərzaq təhlükəsizliyi kimi strateji sahələrdə fikir mübadiləsi apardılar. Xüsusilə Ukrayna ilə Suriya arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar diqqət çəkdi. Bu kontekstdə diplomatik münasibətlərin bərpası və institusional əlaqələrin yenidən qurulması təşəbbüsləri regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Eyni zamanda, müzakirələrdə qlobal ərzaq təchizat zəncirlərinin sabitliyi məsələsi xüsusi yer tutub ki, bu da Ukraynanın beynəlxalq bazarlardakı rolunu nəzərə alsaq, mövzu mühüm əhəmiyyət kəsb edir.

Platformanın əsas fərqləndirici cəhəti Türkiyənin vasitəçilik roludur. Ankara son illər beynəlxalq münasibətlərdə balanslaşdırılmış və çoxvektorlu diplomatiya modeli ilə çıxış edərək müxtəlif tərəflər arasında dialoq mühitinin formalaşmasına töhfə verir. Türkiyənin həm Qərb strukturları ilə əlaqələrin qoruması, region ölkələri ilə aktiv siyasi dialoq aparması ona unikal vasitəçi statusu qazandırır. Hələ Dəməşq görüşündən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib. Görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib, bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb. Buna görə də Ankaranın təşəbbüsü ilə Dəməşqdə keçirilən görüş Türkiyənin diplomatik çevikliyinin və strateji düşüncə qabiliyyətinin real təzahürü kimi çıxış edir.

Türkiyənin xarici siyasət kursunda son illər müşahidə olunan aktivlik onu regional gücdən qlobal diplomatik aktora doğru transformasiya edən amillərdəndir. Xüsusilə xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə aparılan danışıqlar Ankaranın vasitəçilik potensialını daha da gücləndirir. Türkiyə müxtəlif maraqların toqquşduğu mürəkkəb geosiyasi məkanda qarşılıqlı etimad mühiti yaratmaqla tərəflər arasında konstruktiv dialoqu mümkün edir. Mövcud yanaşma cari böhranların idarə olunmasından əlavə, uzunmüddətli sabitlik mexanizmlərinin qurulmasına xidmət edir. Ukraynanın bu formatda iştirakı onun xarici siyasətində yeni istiqamətlərin formalaşdığını göstərir.

Dəməşq görüşü Ukraynanın qlobal diplomatik fəallığının genişlənməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Volodimir Zelenski rəhbərliyində Kiyev administrasiyası davam edən müharibə şəraitində diplomatik əlaqələrini şaxələndirməyə çalışır. Yaxın Şərq ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Ukraynanın beynəlxalq mövqeyini gücləndirmək və alternativ tərəfdaşlıq platformaları yaratmaq məqsədi daşıyır.

Suriya üçün isə bu görüş beynəlxalq arenada yenidən mövqe qazanmaq baxımından önəmlidir. Uzun illər davam edən münaqişədən sonra Dəməşqin belə yüksək səviyyəli görüşə ev sahibliyi etməsi ölkənin regional diplomatiyada aktivləşdiyini göstərir. Proses Suriyanın beynəlxalq sistemə mərhələli şəkildə reinteqrasiyası istiqamətində atılan addımların davamı kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu cür görüşlər ölkənin siyasi legitimliyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

Üçtərəfli görüş daha geniş geosiyasi kontekstdə də mühüm siqnallar verir. İrəli sürülən təşəbbüs göstərir ki, beynəlxalq münasibətlər sistemi tədricən klassik bloklaşma modelindən uzaqlaşaraq daha çevik və çoxtərəfli əməkdaşlıq formatlarına yönəlir. Regional güclərin təşəbbüskarlığı artdıqca, qlobal problemlərin həllində yeni diplomatik platformalar ön plana çıxır. Belə olan halda, beynəlxalq münasibətlərdə daha inklüziv və balanslı sistemin formalaşmasına zəmin yaranır.

Görüşün yekununda Ukrayna ilə Suriya arasında diplomatik əlaqələrin bərpası istiqamətində mühüm addımların atılması diqqət çəkir. Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, tərəflər yaxın perspektivdə həm Kiyev, həm də Dəməşq şəhərlərində səfirliklərin yenidən fəaliyyətə başlaması barədə razılığa gəliblər. Qərar iki ölkə arasında diplomatik münasibətlərin institusional əsasda bərpasına yönəlmiş strateji addım kimi qiymətləndirilir. Volodimir Zelenski səfirliklərin açılmasını tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacib və perspektivli mərhələ kimi xarakterizə edib.

Eyni zamanda, tərəflər humanitar və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə qeyd olunub ki, keçmiş dövrlərdə çoxsaylı suriyalı tələbələr Ukraynanın ali təhsil müəssisələrində təhsil alıb və bu ənənənin bərpası iki ölkə arasında ictimai və mədəni əlaqələrin yenidən canlanmasına təkan verə bilər. Görüşdən sonra verilən rəsmi bəyanatlarda tərəflər sülh proseslərinə dəstək, müharibə və münaqişələr nəticəsində dağıdılmış infrastrukturun bərpası üçün birgə layihələrin hazırlanması və regionda sabitliyin təmin olunmasına töhfə vermək niyyətlərini ifadə ediblər. Bu yanaşma göstərir ki, üçtərəfli format, eyni zamanda, konkret iqtisadi və humanitar təşəbbüslərin reallaşdırılmasına yönəlmiş praktik platforma kimi çıxış edir.

Yücel KARAUZ,
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general

Şamda keçirilən Ukrayna–Suriya–Türkiyə görüşü çoxqatlı “geosiyasi körpü quruculuğu” modelinin təzahürüdür. Görüşdə Türkiyənin oynadığı rol xüsusi diqqət çəkir. Ankara eyni vaxtda bir neçə istiqaməti – Rusiya–Ukrayna müharibəsinin yaratdığı kontekst, Suriya daxilində rejim, müxalifət və terror balansı, eləcə də Qərb ilə Şərq blokları arasında həssas tarazlığı idarə etməyə çalışır. Bu isə onu göstərir ki, Türkiyə artıq klassik vasitəçi rolundan çıxaraq çoxsaylı böhranları eyni anda idarə edən modelə doğru irəliləyir. Bu yanaşma daha əvvəl taxıl dəhlizi razılaşması və əsir mübadiləsi kimi proseslərdə də öz effektivliyini göstərib.

Şam görüşünün strateji əhəmiyyəti bir neçə mühüm nəticənin əldə edilməsindədir. Əvvəla, birbaşa dialoq kanalı açılır və normalda bir-biri ilə kommunikasiya qurmayan tərəflər eyni masa arxasında toplanır. Eyni zamanda, etimad quruculuğu prosesi başlayır. Görüş diplomatiyanın artıq Cenevrə və ya Brüssel kimi mərkəzlərlə məhdudlaşmadığını, Ankaranın da yeni diplomatik ox kimi formalaşdığını göstərir.

Modelin qalıcı sülh yaradıb-yaratmayacağı məsələsinə gəldikdə isə təşəbbüslər müharibənin nəzarətsiz genişlənməsinin, tərəflər arasında kommunikasiya qırılmasının qarşısını alır və böhranları idarəolunan səviyyədə saxlayır. Amma bu məsələdə bir neçə əsas şərt mövcuddur. İlk növbədə, böyük güclərin xüsusilə ABŞ və Rusiyanın prosesə açıq və ya gizli şəkildə qarşı çıxmaması vacibdir. Paralel olaraq, sahədə güc balansı qorunmalı, tərəflərdən heç biri tam qələbə hissinə qapılmamalıdır. İqtisadi təşviqlər – yenidənqurma, enerji və ticarət layihələri prosesə əlavə dinamika verməlidir. Nəhayət, davamlılıq təmin olunmalı, bu cür görüşlər ardıcıl diplomatik xəttə çevrilməlidir.

Dünya artıq bloklararası açıq qarşıdurma mərhələsindən vasitəçilər üzərindən idarə olunan rəqabət mərhələsinə keçir. Bu yeni düzəndə Türkiyə ilə yanaşı, Qətər, BƏƏ və Pakistan kimi ölkələr “orta güc diplomatik platformalar” kimi rolunu gücləndirir. Şam görüşü birbaşa sülh yaratmasa da, sülhün mümkün ola biləcəyi zəmini formalaşdırır. Türkiyə isə məhz bu zəminin memarı olmağa çalışır.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri