Dəməşqin ardınca İsrail Kəsva və Dəraya hava zərbələri endirib
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusu Kəsva və Dəra, eləcə də Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib.
Xalqcebhesi.az xəbər verir ki, İsrail aviasiyası hərbi birləşmələrin daxil olduğu Kasvanı, Dəradakı 132-ci alay və Dəra qubernatorunun evini hədəfə alıb.
Bu arada, pilotsuz uçuş aparatı (PUA) hücumları Sueydada təhlükəsizlik qüvvələrini hədəf alıb.
Hücumlarda ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
Məryəm Quliyeva

