Demi Mur ağır xəstə olan Brüs Uillisin vəziyyətindən danışıb
Demi Mur ağır xəstə olan Brüs Uillisin vəziyyətindən danışıb
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Aktyor Brüs Uillisin keçmiş həyat yoldaşı, aktrisa Demi Mur ağır xəstə olan sənətçinin səhhətinin təfərrüatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
62 yaşlı məşhurun sözlərinə görə, Uillis xəstəliyin sürətlə irəliləməsindən sonra sabitlik mərhələsindədir. Qeyd edək ki, o, ağır demensiyadan əziyyət çəkir.
"Şərtləri nəzərə alaraq, Brüs indi kifayət qədər stabil vəziyyətdədir. Əlbəttə ki, bununla yaşamaq çox çətindir", - aktrisa bildirib.
Xatırladaq ki, ötən ilin fevralında Uillisin idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiyadan əziyyət çəkdiyi məlum olub. Aktyor təxminən 2022-ci ilin yazından sağalmaz xəstəliklə mübarizə aparır.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:46
Mənbə:https://sonxeber.az