Icma.az
close
up
RU
“Dəmir Qübbə” BƏƏ də: İranın əli zəifləyəcək?

“Dəmir Qübbə” BƏƏ də: İranın əli zəifləyəcək?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


İsrail Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri göndərib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts bu məlumatı təsdiqləyib.

Bundan əvvəl “Axios” da İsrail və BƏƏ arasında müharibə dövründə hərbi və kəşfiyyat əməkdaşlığının ciddi şəkildə artdığını qeyd edirdi.

Məlumatda qeyd olunur ki, BƏƏ ABŞ və İsraildən sonra “Dəmir Qübbə” sistemindən istifadə edən ilk ölkə olub və sistem İran tərəfindən atılan onlarla raketin qarşısını alıb.

Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az-a bildirib ki, İran körfəz ölkələri, o cümlədən BƏƏ-i intensiv şəkildə atəşə tutmaqla çoxsaylı qonşuları öz əlehyinə qaldırıb:

“Belə vəziyyətdə körfəz ölkələri öz müdafiələrini gücləndirmək üçün müxtəlif addımlar atmağa məcbur olublar. Bu əsasda BƏƏ də İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə” sistemini əldə edib”.

Ekspertin sözlərinə görə, BƏƏ-nin “Dəmir Qübbə” sisteminə sahib olması ilə həmin ölkənin hava məkanı daha təhlükəsiz hala gələcək:

“Hazırda dünyada hava hücumundan müdafiə olunmaq üçün ən üstün imkanlara malik sistem ABŞ və İsraildədir. Bu sistemlər dəfələrlə özlərini döyüşlərdə sınaqdan çıxarıb. Həmin sistemlərin raketləri ələ keçirmə faizi kifayət qədər yüksəkdir. Bu mənada BƏƏ-in “Dəmir Qübbə” sisteminə sahib olması ilə təbii ki, həmin ölkənin hava məkanı daha təhlükəsiz hala gələcək”.

Həmsöhbətimiz düşünür ki, İsrailin yaranmış vəziyyətdə Ərəb Əmirliyinə hətta digər silah, sursatların ixracı da mümkündür:

“Hazırda ABŞ-nin rəhbərliyi altında İranın zəiflədilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət bir koalisiya yaradılıb. Hansı ki, bu koalisiyanın İrana qarşı birbaşa döyüş əməliyyatlarında iştirakı da mümkündür. Belə olan halda İsrailin körfəz ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün hansısa güzəştlərə getməsi tamamilə təbii addım kimi qarşılanmalıdır”.

Rüfət Sultan, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see621

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see493

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see372

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see255

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see253

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see251

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see250

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see242

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see233

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see228

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see225

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see224

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see223

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see219

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see208

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see196

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see189

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see189

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see185

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri