Icma.az
close
up
RU
Dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sərnişinlərə ciddi təhdiddir Rövşən Rüstəmov

Dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sərnişinlərə ciddi təhdiddir Rövşən Rüstəmov

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Əsas hədəflərimizdən biri, deyərdim ki, bəlkə də ən birincisi təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, sərnişinlərin dəmir yoluna üz tutmasının ən əsas göstəricilərindən biri də məhz təhlükəsizliyin daha çox təmin olunduğuna əminlikdir. Bu baxımdan, qarşımızda duran əsas məsələ məhz təhlükəsizlikdir”.

Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.

O vurğulayıb ki, həm rəqəmsallaşma həlləri, həm də infrastruktur quruculuğunun məqsədi məhz sərnişinləri mənzilbaşına təhlükəsiz çatdırmaqdan ibarətdir. “Təəssüf ki, son illər bu və ya digər şəkildə dəmiryol infrastrukturuna müdaxilə halları baş verir. Qatarlara daş atılması, qatar yoluna hətta daşların düzülməsi halları olur, bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sonda sərnişinlərimizə, insanlarımıza olan ciddi təhdiddir. İstərdim ki, cəmiyyət özü də bu mövzuda təbliğat və maarifləndirmə işində bizə yardımçı olsun. Bu məsələdə ictimai qınaq çox önəm kəsb edir. Biz dəmir yolu ətrafında olan icmalarda, məktəblərdə, digər yaşayış məntəqələrində nə qədər təbliğat işi aparsaq da, cəmiyyətin bizimlə birlikdə bu məsələdə paralel şəkildə çalışmasına ciddi ehtiyac var. Digər tərəfdən, əlbəttə, biz müxtəlif elementlərlə, müxtəlif texniki vasitələrlə dəmir yolunun təhlükəsizliyini təmin etməyə çalışırıq. Dəmir yolu mühafizə zolağının tam hasarlanması, müşahidə kameralarının qoyulması – bunlar əsas məqsədlərimizdən biridir və məhz 2030-cu ilə qədər Abşeron dairəvi dəmir yolunda qurulacaq bütün stansiyalarda artıq qəbul olunmuş standarta görə hasarlanmanın həyata keçirilməsi, müşahidə kameralarının qoyulması nəzərdə tutulub. Bu bizə infrastruktura müdaxilə hallarını zamanında və ünvanlı şəkildə aşkarlamağa kömək edəcək”, - deyə ADY sədri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri