Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Dəmir yumruq yerindədir və İran tərəfi nəticə çıxarsın

Dəmir yumruq yerindədir və İran tərəfi nəticə çıxarsın

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İran İslam Respublikasının dronları Azərbaycan ərazisinə zərbələr endirib. Hədəf kimi mülki obyektlər seçilib, bu Naxçıvan beynəlxalq hava limanıdır və bir məktəbin ətrafına bu zərbələr tuş gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Təhlükəsizlik Şurasının iclasında bu hadisəyə qiymət verərkən onu terror aktı kimi qiymətləndirib, təcavüzkar əməl kimi səciyyələndirib və qeyd eləyib ki, bu nankorluqdur. Çünki Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirib. Biz heç bir zaman üçüncü dövlətin Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı hər hansı bir hərəkətlərinə imkan verməmişik”.
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında söyləyib.
O diqqətə çatdırıb ki, bu hər zaman belə olub, indi də belədir:
“İrandan dəfələrlə oxşar addımları görmüşük və Azərbaycan səfirliyinə qarşı İranda edilən hücuma Prezident diqqəti cəlb etdi və qeyd elədi ki, bu hücum da İranın yüksək dövlət aparatı tərəfindən təşkil olunmuşdu. Cinayətkarı uzun müddət məsuliyyətdən yayındırmaq istədilər, Azərbaycanın təkidli tələbi ilə o şəxs sonra cəzalandırıldı. Və qeyd etdi ki, onların bu hərəkəti ona görə nankorluqdur ki, Azərbaycan dövlətinin rəhbəri elə ötən günlərdə  Prezident qeyd edir ki, dünən İran səfirliyində olub başsağlığı verib. Dünyada heç bir dövlət başçısı İranın səfirliyinə gedib belə başsağlığı verməyib. Bu gün məlum olub ki, İranın xarici işlər nazirinin müavini zəng edib xahiş edib ki, Livandakı İran səfirliyi əməkdaşlarının oradan çıxarılmasına Azərbaycan köməklik etsin, onların hazırda elə bir imkanı yoxdur və hətta haqqını ödəyəcəklərini də bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz köməklik edərik, təyyarə göndərərik və qeyd edib ki, belə gündə bir-birimizə dəstək olmalıyıq, bizə heç bir ödəniş də etmək lazım deyil”.
O deyib ki, bütün bunların müqabilində isə Azərbaycana qarşı nankorluq və nakişi hərəkəti baş verib:
“Buna başqa ad vermək mümkün deyil. Eyni zamanda Prezident bütün Silahlı Qüvvələrimizə bir nömrəli səfərbərlik əmri verib və bu cinayətə imza atan şəxslərin cəzalandırılması, Azərbaycandan üzr istənilməsi tələbini irəli sürüb. Doğrudan da baş vermiş hadisə müdhiş hadisədir. Çünki Azərbaycan dövləti, Prezidentin qeyd etdiyi kimi, həmişə İranla mehriban qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirib. Əvəzində isə biz həmişə İrandan ölkəmizə qarşı belə çirkin addımlara şahidlik eləmişik. Elə keçən illərdə İran 12 günlük müharibə məngənəsində olarkən də Azərbaycana qarşı təxribatçı, feyk məlumatlar yayılırdı və çalışırdılar ki, orada yaşayan soydaşlarımızın da Azərbaycana qarşı müəyyən mənfi rəy formalaşdırsınlar və bunu məqsədyönlü şəkildə edirdilər. Halbuki Azərbaycan hər zaman öz davranışı ilə İrana olan xoş niyyətini, xoş münasibətini ifadə edib. Qarşılığında isə belə nankor davranış olub Bütövlükdə baş vermiş bütün hadisələrə görə məsuliyyət İran tərəfinin üzərinə düşür. İran bilməlidir ki, Azərbaycan güclü dövlətdir və Prezidentin qeyd etdiyi kimi, belə niyyətə düşən dövlətlərin aqibətinin necə olduğunu hər kəs yaxşı bilir. Dəmir yumruq yerindədir və İran tərəfi qoy nəticə çıxarsın”.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Həmçinin, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri