Dəmiryolçular hökuməti müddətsiz tətillə hədələdi
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq. Məqalədə vurğulanıb ki, dəmiryolçular Fransa hökumətinin “Fret SNCF”i ləğv etmək qərarına qarşı çıxırlar. Şirkəti iki hissəyə bölmək istəyirlər: nəqliyyat daşımaları üçün “Hexafret” və lokomotivlərin texniki xidməti üçün “Technis”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















