Demokrat senator namizədi: Netanyahu ABŞ ı İranla müharibəyə sürüklədi
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-da Miçiqan ştatından Demokratlar Partiyasının senator namizədi, Misir əsilli Abdul El-Sayed İsrail Baş naziri Binyamin Netanyahunun Donald Tramp administrasiyasını İranla müharibəyə sövq etdiyini bildirib.
Sherg.az xəbər verir ki, El-Sayed “The Hill” qəzetinə açıqlamasında ABŞ-ın İranla müharibəyə cəlb olunmasının səbəblərindən birinin Netanyahu olduğunu deyib.
O bildirib ki, Netanyahu Ağ Evin “Vəziyyət otağı”nda müharibəni müdafiə edib və bunun nəticəsində ABŞ iqtisadiyyatında problemlər yaranıb. El-Sayed enerji və ərzaq xərclərinin artdığını, həmçinin xarici müharibələrə milyardlarla dollar vergi vəsaitinin xərcləndiyini vurğulayıb.
Demokrat namizəd ABŞ vergi gəlirlərinin xaricdəki müharibələrin maliyyələşdirilməsinə sərf edilməsinə qarşı olduğunu və xarici ordulara şərtsiz maliyyə dəstəyinin dayandırılmasını müdafiə etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə El-Sayedə sərt reaksiya verib. O, Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi dəstəklədiyini açıqlayaraq El-Sayedi “radikal ekstremist” və “terror tərəfdarı” adlandırıb. Tramp seçiciləri Rocersə səs verməyə çağırıb.
Qeyd edək ki, Abdul El-Sayed avqustun 5-də Miçiqanda keçirilən Demokratlar Partiyasının praymerizində qalib gələrək partiyanın senator namizədi olub. O, noyabrda keçiriləcək aralıq seçkilərdə Respublikaçıların namizədi Mayk Rocerslə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















