Icma.az
close
up
RU
“Demokratiya qalası” uçdu: “Qarabağ Azərbaycandır” dedinsə...

“Demokratiya qalası” uçdu: “Qarabağ Azərbaycandır” dedinsə...

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Qarabağ xuntasının keçmiş rəhbərlərinə azadlıq tələb edənlər Verdyanın müdafiəsinə qalxacaqlarmı?

Dünən, özünü regionda “demokratiya adası” kimi qələmə verən Ermənistanın saxta imicini sarsıdan xəbər yayıldı. Ümumiyyətlə, Ermənistanda inanırlar ki, demokratiya baxımından dünyanı qabaqlayırlar, ABŞ və Avropa isə bu ölkə ilə demokratiya müqayisəsində əsəbi şəkildə kənarda siqaret çəkir, “daşlar ölkəsi”nə səssizcə paxıllıq edir.

Ermənistan XİN-in hazırkı rəhbəri Ararat Mirzoyanın 2019-cu ilin iyununda parlamentin spikeri olarkən səsləndirdiyi erməni demokratiyası ilə bağlı məşhur tiradasını xatırlayırsınızmı? Əgər kimsə unutdusa, xatırladaq.

Ararat Mirzoyan o zaman və indi də olduğu Paşinyanın komandasının hakimiyyətə gəlişindən vəcdə gələrək, yüksək səslə bəyan etmişdi: “Əminəm ki, Ermənistan bu gün dünyada demokratiyanın qalasıdır desəm, şişirtməyəcəyəm. Bəli, ABŞ deyil, bəli, Avropa deyil. Məhz Ermənistan bu gün dünyada azadlıq və demokratiyanın qalasıdır”.

Amma bu, həqiqətən doğrudurmu? Qonşu ölkədə baş verən, lakin “demokratik əncir yarpağı” ilə ört-basdır edilən “cadugər ovu”, müxaliflərin təqibi, hüquqi xaos bunun əksini deyir.

Və burada sübut var. Azərbaycan cəmiyyətinin da tanıdığı erməni bloger İşxan Verdyan “erməni demokratiyası”nın bütün ləzzətlərini şəxsən yaşayıb. Dəfələrlə Azərbaycan ilə Ermənistan arasında səmimi sülhün tərəfdarı olan Verdyan ümidsizliyə düçar olub və hazırda həbs təhlükəsi ilə üzləşib - üstəlik, ömürlük. Onu ömürlük həbs gözləyir. Kütləvi qətl, xəyanət və ya terror üçün deyil, həqiqəti dediyi üçün.

Bununla əlaqədar olaraq erməni fəal Azərbaycan Prezidenti İlham Əliyevə siyasi sığınacaq verilməsi xahişi ilə müraciət etmək məcburiyyətində qalıb. O, öz teleqram kanalında yazır:

“Hörmətli cənab Prezident! Nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan tərəfindən açıq şəkildə tanıdığıma görə Ermənistanda mənə qarşı cinayət işi açılıb. Ermənistan hakimiyyəti Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin “Artsax” kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə səbəb olacaq və barəmdə beynəlxalq axtarış elan edilmiş Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapı bağlanır”.

Doğrudan da, Ermənistan hakimiyyəti absurd möcüzələr nümayiş etdirir. Ölkənin Baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərini təkrarlayan adama ömürlük cəza vermək istəyirlər. Razılaşın ki, eyni cinayət işi təkcə Qarabağı Azərbaycan torpağı kimi tanıyan Paşinyana qarşı deyil, həm də suverenliyin qarşılıqlı tanınmasını müdafiə edən digər şəxslərə qarşı da açılsa, ədalətli olardı.

İşxan Verdyanın bu xoşagəlməz hekayəsində məni belə bir sual maraqlandırır: bu gün ağızlarından köpük daşa-daşa Qarabağ xuntasının keçmiş rəhbərlərinin azadlığa buraxılmasını tələb edənlər Verdyanın müdafiəsi üçün qalxacaqlarmı?

Amma onlar Bakıda konkret hərbi cinayətlərə görə mühakimə olunurlar, Verdyan isə beynəlxalq hüquqa uyğun baxışlarına görə əlisıxılmaz adama çevrilib. Və ümumiyyətlə, tarixi ədaləti dediyi üçün.

Avropalı liberal kütlə, qərəzli rus deputatlar və amerikalı konqresmenlər bu hədsiz fakta göz yumacaqlarmı? Əlbəttə, bəli! Çünki İşxan onlara pul vermir axı...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri